Slimfit
  1. ƏDƏBİYYAT

Əndəlib - Oğuznamə

Əndəlib - Oğuznamə
Sakura

Əndəlib - Oğuznamə

Qədim əyyam Keyumərsin zamam
Türk evladı içrə durdu bir xaqan.
Baxıb devran, fələk verdi amanı
Moğol evladı içrə oldu soltan.
Qara xan oğlu ola, kim adı Oğuz
Olub şahlıqda manəndi Süleyman.
Zaman əhvalı erdi adildən düz
Əbdübtan dağından ol qıldı seyran.
Birinci seyrində vardı Xətaye
Banşda qarşı durdu İt Barak xan.
Önün tutdu ki, deyir: “Keçme bu çayı!”
Vuruş qəsdinə doğruldu Oğuz xan.
Hamana hərbə təyyar oldu xeyli
Zəmin cümbüş edib, dağlan lərzən
Yetişməkdən təxir oldu eli
Gülə-gülə başladılar zari-giryan.
Tamam həmlə qıldı hiylə ilən
Mükəmməl səf çəkdi İt Barak xan.
Xəta lərzana gəldi eli ilən
Vuruş meydanı oldu laləzar qan.
Oş ol tərtibdə yetmiş gün vuruşdu
Ki ondan sonra acizləndi Oğuz xan.
Tamam çarə ilən arda yörüşdü
Təbil-bazi küşt çalında her yan. 
Dəniz aralığı boşluq yerində 
Varib esgər hesabın aldı Oğuz xan. 
Yüz ersal çərinin heç birində 
Tapılmaz oldu, Xanın könlü viran. 
Gəl, ey sən, Əndəlib iş bu kəlamı 
Hekayət qıl bu bizə dirri-qəltan. 
Sənə el yetirir xeyri, salamı 
Duayi-fatihə edəcək candan.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR