Slimfit
  1. MARAQLI

Əncir qurudarkən nələrə diqqət etmək lazımdır?

Əncir qurudarkən nələrə diqqət etmək lazımdır?
Sakura

Əncir qurudarkən nələrə diqqət etmək lazımdır?

Əncir 6000 illik keçmişi olan faydalı və ləzzətli bir meyvədir. Bu faydalı meyvənin yeganə mənfi cəhəti tərkibindəki lifin yüksək miqdarının onun tez xarab olmasına gətirib çıxarmasıdır. Ənciri qurutmaqla onun ömrünü uzatmaq, uzun müddət saxlamaq və qış aylarında yemək mümkündür. Qurudulma qida maddələrini uzun müddət saxlamaq üçün ən yaxşı üsullardan biridir. Bu zaman meyvənin tərkibindəki suyun miqdarı təxminən 3-4 dəfə azalır. Nəticədə bakteriyaların yaşaması üçün münbit sayılan su mühitinin qarşısı alınır.

Əncirin qurudulmasının bir neçə üsulu var: təbii yolla açıq havada, ev şəraitində sobada və ya xüsusi qurğularla (dehidrat).

Əncir qurutma dövrü daha çox avqust və sentyabr aylarında, temperatur 30 dərəcəyə çatdıqda həyata keçirilir. Əncirin bəzi növləri qurudulmamışdan əvvəl kükürddə saxlanılır. Daha sonra qurutmağa başlanılır.

Qurudulmalıq əncirlər budaqda tam yetişmiş, bir qədər suyunu itirmiş və öz-özünə ağacın dibinə düşənlərdir. Düşən əncirlər dərhal toplanır. Daha sonra budaqlardan tam yetişmiş əncirlər toplana bilər. Meyvələr toplanarkən zədələnməməlidir. Bu səbəblə əncirin həsir səbətlərdə toplanması məsləhətdir. Əncirlər birbaşa günəş işığı görən müvafiq yerdə qurudulur. İncə qabıqlı və dolğun əncir qurutma üçün daha əlverişlidir. Əncirlərin qurudulduğu sahə yerdən yarım və ya 1 metr yuxarıda olmalıdır.

 

Mənbə: AQTA

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR