Slimfit
  1. CƏMİYYƏT

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr
Sakura

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr

Azərbaycanda 12:00-dək ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

Axar.az xəbər verir ki, saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 2 saylı Şərur seçki dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 27,6 faiz (43 142 seçicidən 11 907 nəfər) olub.

Saat 12:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə isə 47 saylı Mingəçevir seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 13,1 faiz (37 732 seçicidən 4 908 nəfər) olub.

Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 12:00-dək olan seçici fəallığı 18.07 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 898 542 nəfərinin səs verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR