Slimfit
  1. AVTO VƏ MOTO

Ən tez paslanan xarici avtomobillərin adları açıqlandı

Ən tez paslanan xarici avtomobillərin adları açıqlandı
Sakura

Ən tez paslanan xarici avtomobillərin adları açıqlandı

Avtomobil ekspertləri daha tez paslanan xarici maşınların siyahısını hazırlayıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, mütəxəssislər reytinqə buraxılış tarixi 5-dən 14-ə qədər olan maşınları daxil ediblər.

Məlumata görə, 2006-cı ildən 2010-cu ilədək buraxılan Amerikanın Ford Mondeo avtomobili korroziyaya ən davamlısıdır. Lent.az -ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, 5 il istismar müddətində bu maşında demək olar paslanma yaranmır, kiçik fokuslar yalnız altında, çölündə və təkər tağlarında görünə bilər.

Reytinqdə “gümüş” 2005-2008-ci illərdə istehsal olunan Yaponiyanın GG-nin 6 nəslindən olan “Mazda”nın bəxtinə düşüb. Reytinqin liderindən fərqli olaraq, 6 il istismarından sonra bu avtomobildəki "göbələkləri" qanadlarda və qapılarda görmək olar.

 

Üçüncü sıranı yığımı Avropada aparılan Yaponiyanın birinci nəsil “Nissan Almera” tutur. Bu avtomobillərdə korroziya istismardan artıq 3-4 il sonra ortaya çıxır.

Almaniyanın “Opel Astra”sı dördüncü yerdədir: kifayət qədər yavaş “çürüməsinə” baxmayaraq, illər ərzində demək olar gövdə hissələri zəifləyir.

Antireytinqin lideri Çinin istehsalı olan və 2011-2013-cü illərdə buraxılan Geely Emgrand X7-dir. Onun hissələri istismarın artıq birinci ilində paslanmağa başlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR