Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ən təhlükəli xərçəng növünün dərmanı tapılıb

Ən təhlükəli xərçəng növünün dərmanı tapılıb
Sakura

Ən təhlükəli xərçəng növünün dərmanı tapılıb

Süd vəzisi xərçəngi qadınlarda bədxassəli şişlərin ən təhlükəli növü sayılır və ildə bu xəstəlikdən 521 min insan həyatını itirir

 Honq Konqun Baptist Universitetinin alimləri dünyada ən çox rast gəlinən süd vəzisi xərçənginin müalicəsində rodium metalından istifadə edilə biləcəyini təsbit ediblər.

Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən məlumatına görə, qeyd olunur ki, rodium metalı bu xəstəliyə qarşı müalicədə istifadə olunsa, müsbət nəticələr əldə etmək olar. Belə ki, rodium tərkibli dərman qəbul edildikdə insan bədənində şişə qarşı mübarizə apararaq xəstəliyin ilkin inkişaf prosesinin qarşısını alır.

Süd vəzisi xərçəngi qadınlarda bədxassəli şişlərin ən təhlükəli növü sayılır və ildə bu xəstəlikdən 521 min insan həyatını itirir. Bu xəstəliyin üç növü məlumdur: ER-müsbət, HER2-müsbət və üç dəfə mənfi xərçəng. Sonuncuya xərçəng xəstələrinin 15 faizində rast gəlinir. 

Araşdırmaçılar müəyyən ediblər ki, rodiumun birləşdirilməsi 5A demelitazının aktivləşməsini dayandırır. Bu ferment xərçəng şişlərinin hüceyrələrinin sintezində yaxından iştirak edir.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR