Ən təhlükəli parollar - Bu parollardan əsla istifadə etməyin
Almaniyanın “Avira” antivirus şirkətinin tərtibatçıları “ağıllı” qurğu və şəbəkə qurğularından istifadə zamanı ən təhlükəli parolları müəyyənləşdiriblər.
Teleqraf.com xəbər verir ki, eksperiment üçün mütəxəssislər tərəfindən hakerlərə şəbəkə qurğularının (marşrutlayıcı, kamera və ya digər qurğular) siqnalını imitasiya edən “tələ” qurulub. Hakerlər istənilən login və parol birləşməsini daxil etməklə onlara daxil olmağa çalışıblar. Bundan sonra şirkət hansı parol birləşmələrinin daha çox istifadə edilməsinin təhlilini aparıb. Eksperimentdə ümumilikdə 14 mindən çox insan iştirak edib.
Məlum olub ki, seçim üzrə 25,6 faiz halda hakerlər login və parol yerlərini boş qoyublar. İstehsal zamanı quraşdırılan növbəti ən populyar kombinasiyalar “admin/QWestM0dem” və “admin/airlive” (24 faiz) olub. Üçüncü yerdə (23,4 faiz) standart “admin/admin”, “support/support” və “root/root” birləşmələri qərarlaşıb.
Şirkət nümayəndələrinin fikrincə, təhlükəli parollarla bağlı problemlər əsasən standart kombinasiyaları dəyişmək istəməyən istifadəçilərlə deyil, qurğu istehsalçıları ilə əlaqədardır. Belə ki, bəzən sadə insanlar haker hücumlarının törətdiyi təhlükə barədə düşünmürlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət