Slimfit
  1. MARAQLI

Ən təcrübəli sürücünü belə qorxudan 7 dağ yolu

Ən təcrübəli sürücünü belə qorxudan 7 dağ yolu
Sakura

Biz istənilən sürücünün qorxudacaq dünyanın müxtəlif yerlərindən 7 yol seçdik.

Divlərin pilləkəni (Trollstigen), Norveç

Ondalsnes və Valldall şəhərlərini birləşdirən əyri-üyrü dağ yolu hərəkət üçün 1936-cı ildə açılmışdır. RV63 adlanan bu yolun bir hissəsini “Divlərin pilləkəni” adlandırırlar. Onda yol 11 kəskin dönüş edir, meyllilik 9%-ə çatır. Onu aşarsaq siz bütün yüksəklikdə dayana və bütün vadiyə baxa bilərsiniz.

Transfeqeraş şosesi, Rumıniya

Rumıniyadan danışanda hər avtomobil həvəskarı Transfeqeraş şosesini xatırlamalıdır. 151 km uzunluğunda olan dağ cığırı sonsuz olaraq şəlalələrin arasından keçir, tunelə daxil olur və qayalar arasında gizlənir. Hündürlük fərqi 2 kilometr təşkil edir.

San Boldo aşırımı, İtaliya

Trikyan və Toveno icmaları arasında yerləşən bu kiçik qəsəbə dəniz səviyyəsindən 700m hündürlükdə yerləşir və özündə əsl mühəndislik şah əsərini təcəssüm etdirir. Bir yerdə beş körpü və altı tunel toplanıb ki, bu yeri turisti cəlb edən görməli yerə çevirib. Qəsəbədə 30km/s sürət həddi var.

İlan yolu (Paso de los Caracoles), Çili

Bu yolun şəklinə bir dəfə baxmaq onun nə üçün belə adlandırıldığını anlamaq üçün kifayətdir. O, Çili və Argentina sərhədində yerləşir və özündə 29 kəskin döngəsi ilə dar yol xəttini təcəssüm etdirir. Burada çox vaxt qar olur, yolun kənarlarında isə heç bir hasar yoxdur.

Las de Monverne, Fransa

3,4 km uzunluqda olan bu yolu keçmək elə də asan deyil. Hər 100-150 metrdən bir o, 280 metr yüksəlməklə 180 dərəcə dönüş edir. Yolun məhz bu hissəsi “Tur de Frans” velosiped yürüşünün yekun mərhələsinin keçirilməsi üçün yerdir.

Sani Pass aşırımı, CAR

Növbəti qorxulu dağ yolu CAR və Lesoto sərhədində yerləşən Mxomazi qoruğundadır. O, sizi 1544 metrdən ən yüksək nöqtəsi olan 2876 metdə qədər qaldırır. Bu yolun təhlükəliliyi özündə hamar torpaq yolunu təcəssüm etdirən örtüyündədir. Buraya yağış zamanı gəlmək məsləhət deyil...

Furka aşırımı, İsveçrə

Qletç qəsəbəsi və Andermatt şəhəri arasındakı 31 kilometrlik şose hissəsi İsveçrənin əsl görməli yerinə çevrilmişdir. O, buzlaq boyunca və birbaşa dəmir yolu keçən qayalardan keçir. Yolun ən yüksək hissəsi - 2436m-dir. Məhz burada Bondiananın epizodlarının bir hissəsini çəkiblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR