Slimfit
  1. DÜNYA

Ən sürətli insan, 1600-dən çox kilsə… — Məşhur ada haqda bilmədikləriniz

Ən sürətli insan, 1600-dən çox kilsə… — Məşhur ada haqda bilmədikləriniz
Sakura

Ən sürətli insan, 1600-dən çox kilsə… — Məşhur ada haqda bilmədikləriniz

Yamayka... Hamımız bu ada haqda eşitmişik və hər birimiz onun haqda bir neçə kəlmə də olsa deyə bilərik. Bununla belə, bu gözəl, fərqli və əsrarəngiz yerlə bağlı bir çox faktlar və maraqlı məlumatlardan xəbərsizik...

Qafqazinfo” bu dəfə sizə Yamayka haqda, bəlkə də, bu günə qədər bilmədiyiniz faktları təqdim edir:

1. Qərb dünyasında ilk dəmir yolu məhz Yamaykada tikilib.

2. Bu ölkə haqda heç nə bilməmək olar, amma, çox güman ki, dünyaca məşhur musiqiçi və müğənni Bob Marli haqda eşitmisiniz. Əsl adı Robert Marli olan ifaçı məhz burada anadan olub.

Bob Marli

3. Ölkənin paytaxtı Kinqstonda 580 mindən çox insan yaşayır. Bu şəhərin əsası hələ 1693-cü ildə salınmışdı. Paytaxtın kasıb rayonları isə reqqi musiqi üslubunun yaranma yeri hesab edilir.

4. Yamayka Böyük Britaniyanın ilk koloniyası olub. Bu, 1655-ci ildə britaniyalıların Yamayka ərazisindən yaponları qovmasından sonra baş vermişdi. Yamayka Karib dənizində ingilisdilli ilk müstəqil ölkədir.

5. Yamayka Cənubi Afrikadakı Aparteid rejiminə qarşı iqtisadi sanskiyalar tətbiq edən dünyada ilk ölkədir.   

6. Adanın ümumi sahəsi 10991 km2 təşkil edir.

7. Ölkə 1962-ci il avqustun 6-da müstəqillik qazanıb. Həmin vaxtadək o, Böyük Britaniyanın tərkibinə daxil idi.

8. Dünyanın ən sürətli insanı – Useyn Bolt Yamayka vətəndaşıdır. Bolt 100 metr məsafəni cəmi 9,58 saniyəyə qaçaraq dünya rekorduna imza atmışdı. Bu, Useynin həyatında üçüncü dünya rekordu idi.

Useyn Bolt

9. Yamayka Karib dənizi regionunda, hələ 1994-cü ildə, öz saytını (jamaicatravel) işə salan ilk ölkə olmuşdu.

10. Xristofor Kolumb 1994-cü ildə Yamaykadakı Mavi dağların zirvəsini görmüşdü. Bu, onun Hindistan axtarışları ilə bağlı ikinci səyahəti zamanı açdığı ilk torpaq idi.

11. Hamıya məlumdur ki, Yamayka sakinləri çox dindar insanlardı, amma çox az adam bilir ki, bütün dövlət məktəblərində hər gün səhər duası edilir.

12. Bu günəşli ölkənin ərazisində dünyada ölçüsünə görə ikinci olan kəpənək növü yaşayır.

13. Yamaykanın dövlət dili İngilis dili olsa da, əhalinin böyük qismi öz aralarında patua dilində danışır.

14. Ölkənin ümumi əhalisinin sayı 2,8 milyon insan təşkil edir.

15.  Buradakı kişi sakinlərin orta ömür uzunluğu 71,9 il, qadınların isə 75,5 il təşkil edir.

16. Yaşlı əhalinin savad dərəcəsi 88% təşkil edir. Bu göstərici kişilərdə 84%-i, qadınlarda isə 92%-i ötmür.

17. Yamaykanın əsas dini katolik olsa da, əhalinin çox qismi protestantdır. Yamayka dünyada ən çox kilsəyə sahib olan ölkədir. Bütün ərazi boyu 1600-dən çox kilsə var və onların sayı daim artır.

18. Dünyanın ən gözəl qızlarının yaşadığı ölkələrdən biri də Yamaykadır. Buna sübut kimi ölkənin “Miss Kainat” gözəllik müsabiqəsindəki qalibiyyət sayına görə dördüncü pillədə qərarlaşmasını göstərmək olar.  İlk üç yeri, müvafiq olaraq, Hindistan, Venesuela və Böyük Britaniya tutur.

19. Rəsmi valyuta – Yamayka dollarıdır.

20. Yamayka – Qərb yarımkürəsində banan yetişdirən ilk istehsalçıdır.   

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR