Dərc edildi: Baxış sayı: 829
Ən sağlam ölkə məlum oldu
İspaniya 2019-cu ildə dünyanın ən sağlam ölkəsi seçilib. “Qafqazinfo” bildirir ki, bu, “Bloomberg” tərəfindən hazırlanan sağlam ölkələrin indeksində öz əksini tapıb.
Nəşr sağlamlığın vəziyyətinə təsir edən faktorlara əsasən 169 ölkənin göstəricilərini analiz edib. İlk üçlüyə İtaliya və İslandiya daxil olublar.
Dördüncü yeri Yaponiya, beşinci yeri İsveçrə, altıncı yeri İsveç, yeddinci yeri Avstraliya, doqquzuncu yeri Norveç, ilk onluğun sonuncu yerini isə İsrail tutub.
BMT-nin məlumatlarına görə ən uzunömürlü insanlar İspaniyada yaşayırlar. Proqnozlara görə 2040-cı ildə bu göstərici 86 yaşa yaxın olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət