Slimfit
  1. MARAQLI

Ən qeyri-adi mühərriklər və onların iş prinsipi

Ən qeyri-adi mühərriklər və onların iş prinsipi
Sakura

Ən qeyri-adi mühərriklər və onların iş prinsipi

Əksər avtomobillərin mühərriklərinə baxsanız, aralarındakı bir çox oxşar cəhətləri görəcəksiniz. Buna baxmayaraq, müxtəlif dövrlərdə yeniliklər təklif edərək bir çox mühərriklərin dizayn və funksiyaları tamamilə dəyişdirilib. Qeyri-adi mühərriklərin bəzi modelləri idman avtomobillərində istifadə olundu və hətta onlar populyar avtomobillərin konstruksiyalarının bir hissəsinə çevrildi.

Beləliklə, qarşılayın - qlobal avtomobil sənayesi tarixində ən qeyri-adi mühərriklər.

Tək silindrli (1885)

Tək silindrli daxili yanma mühərriki ilk tanınan avtomobilə - 1885-ci ilin Benz Patent-Motorwagen-ə gedib çıxır. Sərnişin oturacağının altına quraşdırılmış 954 kub santimetrlik dördtaktlı mühərrik 1 at gücündən daha az idi.

 

 

Buna baxmayaraq, istehsal etmək və onunla işləmək daha da asan olduğu üçün daha sonra iki at gücünə dəyişdirildi. O vaxtdan bəri tək silindrli modellər bir çox yüngül və qənaətli avtomobillərdə istifadə olundu və sonradan bu tip qeyri-adi mühərrik elektrikli nəqliyyat vasitələri üçün diapazon genişləndirmə qurğusu kimi bir növ intibah dövrünü yaşadı.

V şəkilli (1889)

Bir zamanlar V şəkilli mühərrik bir sıra cəlbedici xüsusiyyətlərə malik idi ki, bu da avtomobil sənayesində uzunmüddətli istifadəsini izah edə bilər. Bu qeyri-adi mühərrik əvvəlcə motosikllər üçün yarandığından kompakt və yüngül idi. V şəkilli model mühərrikdən istifadə edən ilk avtomobil Stahlradwagen Daimler oldu, lakin 1920-ci illərdə GN və Morgan kimi şirkətlər əfsanəvi idman modellərini yaratmaq üçün ondan istifadə etdikdən sonra məşhurlaşdı. V şəkilli mühərrikdən istifadə edən yeganə müasir avtomobil 82 at gücünə sahib olan Morgandır.

 

 

V4 (1897)

V4 (ən qeyri-adi daxili yanma mühərriklərindən biri) 1960-1970-ci illərdə bazarı daha az keyfiyyətli modellərlə dolduran Ford avtomobilləri sayəsində zəif nüfuza sahib idi. Buna baxmayaraq, kompakt ölçüsü və özünəməxsus hamarlığı onu avtomobillərdə istifadə üçün ideal hala gətirməli idi və mühəndis Emil Mors 1897-ci ildə bu mühərrikin ilk istifadəçisi olmuşdu.

 

 

1907-ci ildə Qran-Pridə iştirak edən avtomobillər arasında ən böyük mühərrik C.Uolter Kristinin avtomobilində olan 19 891 kub metr tutumunda istifadə edilən V4 idi. Lancia şirkəti Appia və Fulvia kimi klassik modellər üçün yeni bir versiyasını hazırladı, eyni zamanda Porsche klassik V4-ü bir çox yarış avtomobillərinin modelində istifadə etdi. Bu modellər artıq özünəməxsus klassikliyə çevrilib.

Dəqiq səkkizlik mühərriki (1919)

Erkən avtomobillərdə istifadə olunan bir çox digər avadanlıqlar kimi səkkizlik ilk dəfə təyyarələrdə istifadə üçün hazırlanmışdı. Səkkiz silindrin gücü bu tip qeyri-adi mühərrikin uzun, nazik aerodinamik forması ilə birlikdə təyyarə istehsalçıları üçün mükəmməldi. İlk dəfə bu mühərrik Isotta Fraschini avtomobilində, sonra isə 1920-ci ildə Leyland Motors avtomobillərində istifadə üçün qəbul edildi, ancaq onu “meynstrim” edərək populyarlaşdıran Avropada Bugatti, ABŞ-da isə Duesenberg oldu.

 

 

Bugatti avtomobil şirkəti yüngül avtomobil bazarında uzun müddət həm ucuz, həm də bahalı modelləri istehsal edərək dominantlıq qazandı, Duesenberg isə Amerikada çox da uzun müddət qala bilmədi.

 

Straight-12 və ya "dəqiq ikili" (1920)

Bu tip qeyri-adi mühərrikin uzunluğu onun yalnız lüks avtomobillərdə istifadə edilə biləcəyi anlamına gəlirdi - fransız Corona-da olduğu kimi. 7238 kub santimetrə çatan çox böyük qabariti onu daha güclü edirdi. Lakin konstruksiyanın yüksək qiyməti və qeyri-mümkünlüyü bu mühərriki daha az məşhurluğa məhkum etdi. Onu yalnız elita üçün maşın istehsal edən varlı şirkətlər əldə edə bilərdi.

 

 

Peccard şirkəti 1920-ci illərdə bu problemi həll edərək mühərrikin prototipini yaratdı və Packard ailəsinin bir üzvü tərəfindən 1929-cu ilə - o, ölənə qədər istifadə olundu.

 

W12 (1927)

Bentley avtomobilləri sayəsində W12-nin görünüşünə alışmış ola bilərik, amma bu mühərrikin tarixi 1920-ci illərə təsadüf edir. O zaman Con Kobb və ser Malkolm Kempbell kimi sürətli avtomobillər istehsalının baniləri əvvəlcə Campbell-in yeni innovasiya olunmuş Blue Bird maşınlarının istifadəsi üçün W12-ini uyğunlaşdırdılar.

 

 

Lakin bundan sonra da qeyri-adi W12 maqnit mühərrikləri populyar deyildi, 1990-cı ilin Life F35 Grand Prix-in gəlişinə qədər. Bu maşın kifayət qədər güclü və çox etibarlı olmadığı üçün məşhur ola bilmədi. Sonra Audi bu modeli 1991-ci ilin modeli olan Avus konsepsiya avtomobilinin modeli olaraq seçdi.

V16 (1929)

Maserati V16 mühərrikli avtomobillər istehsal edən ilk şirkət idi. Xüsusilə, onu Tipo V4-də, daha sonra Cord avtomobillərində istifadə etdi. Alfa Romeo məşhur Tipo 162 avtomobili üçün V16 mühərrikini aldı, eyni zamanda Auto Union isə Type C modelində istifadə üçün özünün inkişaf etmiş modifikasiyasında mühərriki istehsal etdi. İkinci Dünya Müharibəsindən sonra yalnız BRM V16 konfiqurasiyasında 1,5 litrlik mühərriki ilə Qran-Pridə öyünə bilirdi. Amma gücləndirmə sistemindəki problemlər verdiyi vədləri yerinə yetirə bilməyəcəyi anlamına gəlirdi.

 

 

Radial mühərrik (RM, 1935)

RM yüngül çəkisi və sadə dizaynı ilə təyyarə istehsalçılarını diqqətdən kənar qoya bilmədi, hətta bir çox tanklarda da istifadə edilmişdi. Buna baxmayaraq, mühərrikin ölçüsü və dizaynı onu avtomobil şirkətləri üçün daha az cəlbedici edirdi. İlk istifadəsi 1935-ci ilin Qran-Prisində yalnız bir iştirakçı-avtomobildə - Monako-Trossidə oldu. Az populyarlıq qazandıqdan sonra hava ilə soyudulmuş ikivuruşlu radial mühərrik iki sıra səkkiz silindrlə təchiz edildi. Mühərrikin gücü 250 at qüvvəsi qədər idi və bu, dövrün inkişaf etmiş mühərriki üçün o qədər də təsir edici deyildi. Yüksək dərəcəli isinmə problemə çevrildi, manevr qabiliyyəti olmaması səbəbindən - avtomobil manevr edərkən ağırlığının 75%-i ön oxlarda olması səbəbindən avtomobil rəqabət apara bilmədi.

 

 

Flat-12 (1946)

Porsche demək olar ki, Flat-12 adlanan nazik model mühərrikin başlanğıcını qoydu - Ferdinand Porşe 1947-ci ildə Cisitalia üçün 1,5 litrlik bir qurğu təklif etdi. O, növbəti Qran-Pri yarışlarında iştirak etməliydi, lakin quruluş mürəkkəbliyi səbəbindən çıxış edə bilmədi. 1964-cü ildə Ferrari Formula 1 avtomobil yarışlarında Flat-12-dən istifadə etdi. Ferrari bu tip mühərrikli tam hüquqlu avtomobil istehsal edən ilk şirkət oldu.

Qaz Turbinli (1950)

Konservativ ingilis avtomobil istehsalçısının qaz turbinli mühərrikli avtomobili Rover Jet 1 İkinci Dünya Müharibəsindən sonra İngiltərənin bu texnologiya ilə işləməsində müvəffəqiyyətinin nəticəsi idi və P4 şassisi üzərində yaradıldı. Bu maşının sürəti o zaman üçün ən yaxşı hesab olunan saatda 10-60 mil arası dəyişirdi. Güman olunurdu ki, avtomobil saatda 90 mil sürətə çata bilər. Növbəti təcrübə göstərdi ki, o, 230 at gücünə qədər inkişaf edə bilər və maksimal sürəti saatda 152 mil-ə çatır. Həm General Motors, həm də Chrysler bir vaxtlar qaz turbinli mühərrikləri sınaqdan keçirdilər, Le-Mane, Indianapolis və Formula 1-dəki müxtəlif yarışlarda həqiqi gücünü göstərə bilmədi. Bununla birlikdə, bu gün Britaniyanın Delta Motorsport şirkətinin modifikasiyası olan qaz turbinli mühərrikdən istifadə etməyi planlaşdırır. Hazırda qaz turbinli mühərriklərin ən yaxşı nümunəsi quru nəqliyyat vasitələrindən olan ABŞ ordusunun əsas döyüş tankı M1 Abramsdır.

Üçlü mühərrik (1951)

Üçlü mühərrik Ford və Volkswagen markalı avtomobillərdə uzun müddət mövcud olan üç silindrli mühərrikdir. Bu mühərrik 1950-ci illərdə DKW və Saab öz kiçik ailə avtomobil modelləri üçün modifikasiya olunmuş versiyasından istifadə edərkən şöhrət qazandı. Bu mühərriklərin nə qədər yaxşı olduğunun göstəricisi - Formula 1-in ikiqat çempionu Cim Klarkın bu mühərrikli avtomobillərdə pilot olmasıdır. Hal-hazırda üçlü hələ də kiçik ölçüsü, səmərəliliyi və geniş funksionallığı ilə qiymətləndirilir.

BRM H16 (1966)

British Racing Motors 1966-cı ildə keçirilən Formula 1-ə novator kimi yanaşdı. Digərləri V8 və V12 mühərriklərini istifadə edirdi, BRM isə iki yastı mühərrikdən biri digərinin üzərində olan H16-nı təklif etdi. Onun motorunda dirsəkli val vardı ki, dişli çarxa birləşirdi, lakin bu konstruksiya onu çox ağır edirdi. Bu mühərrik Lotus 43-də istifadə edildi və 1966-cı ildə Uotkins-Qlen-də keçirilən ABŞ Qran-Prisində Cim Klarka qələbə qazandırdı. Buna baxmayaraq, bu, H16-nın yeganə qələbəsi olduğu güman edilir.

Rotor mühərriki (1967)

Mazda əbədi olaraq rotor mühərriklə bağlı olacaq. Mühərrik alman mühəndisi Feliks Vankel tərəfindən hazırlanmış daha sonra Mazda şirkəti ilə sövdələşmə razılaşdırılmışdı. Bu, 1967-ci ildə Cosmo 110S kupesinin yaranmasına və uğurlu rotor mühərrikin hamar, yüksək sürətli bir sıra idman avtomobillərinin istehsalına səbəb oldu.

Flat-8 (1968)

Səkkizli uzun müddət təyyarələrdə istifadədə populyarlıq qazandı, lakin Porsche 908-ə bu qurğunu emal etmək üçün bir neçə il lazım oldu. İdman avtomobillərində yarış üçün yaradılan bu mühərrik 1968-ci ildə Formula 1 qaydalarını nəzərə alaraq çox yerində oldu.

V5 (1983)

V5-i düşünəndə Mk4 Golf, o cümlədən onun Bora və SEAT Toledo kimi modifikasiya olunmuş modelləri xatirə gəlir. 2,3 litrlik bu mühərrik 1997-ci ildə Passat-da debüt etdi və 148 at gücünə sahib idi. V4 və V6 mühərrikləri arasındakı boşluğu azaltmaq üçün nəzərdə tutulmuşdu. Yalnız General Motors bu tip mühərriklərlə təcrübə aparmışdı, lakin sonradan bu təcrübələrin nəticəsi olan modelləri istehsal etməməyi qərara aldı.

W16 (1995)

Bugatti deyəndə əksəriyyətdə W16 mühərriki ilə assosiasiya olunur (Veyron və Chiron avtomobilləri sayəsində), ancaq avtomobilin içərisində bu aqreqatlı superkar yaradan mühəndis Ramon Ximenez idi. Fransız 1000 kub santimetr olan dörd Yamaha motosikl mühərrikini birləşdirərək 80 klapanla 560 at qüvvəsində mühərrik yaratdı. Bugatti-nin mühəndisləri isə bu mühərrikin gücünü əhəmiyyətli dərəcədə artıraraq 987 at gücünə  çatdırdılar, bundan sonra Veyron modellərində uğurla istifadə edildi və hazırda Chiron modelində istifadə edilərək 1479 at gücünə sahib oldu.

W8 (2001)

Bəlkə də bu mühərrik Volkswagen avtomobilinin dizaynında ahəngdar görünür. W8 bir mil üzərində iki dar künclü V4 mühərriklərini birləşdirir və səkkiz silindrli mühərrikin V6 üçün ayrılmış yeri tutmasına imkan verir. Çox silindrin olması mühərrikə daha çox güc verir, sürətləndirir və hərəkəti səlist edir. İçərisində belə bir “canavar” olan avtomobillərin satışı heç zaman azalmadı, amma nədənsə bu mühərriklərin ümumi istehsalı cəmi 11 min nüsxə oldu.

Nəticə

Ən qeyri-adi daxili yanma mühərrikləri siyahısına baxsaq görərik ki, bu mühərrikli avtomobillərin kütləvi istehsalı çox qısa bir müddət olub. Bu, onunla əlaqədar idi ki, mühərriklər çox böyük idi. Qeyri-adi mühərriklərin iş prinsipi standart mühərriklərdən fərqlənir və daha çox təyyarə turbinlərinin işləmə prinsipinə bənzəyir. Buna baxmayaraq, belə mexanizmlər Formula 1 və digər bu kimi yarışlarda avtomobillərin böyük sürət almasına imkan verən yarış avtomobillərinin dizaynının bir hissəsi kimi özlərini mükəmməl şəkildə göstərdilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR