Slimfit
  1. TARİX

Ən qədim insan sümüyü tapıldı

Ən qədim insan sümüyü tapıldı
Sakura

Ən qədim insan sümüyü tapıldı

Modern insanın (Homo Sapiens) tarixi hər yeni kəşflə birlikdə yenidən yazılır.

Publika.az xəbər verir ki, İsrailin Misliya mağarasında dünyanın ən qədim ikinci Homo Sapiens fosili tapılıb.

177.000 ilə 194.000 il öncəyə aid olduğu bildirilən çənə sümüyünün tapılma xəbəri “Science” dərgisində yer alıb. Mağarada dişləri üzərində olan çənə sümüyündən əlavə, daşdan düzəldilən əmək alətləri də tapılıb.

Bu tapıntı Homo Sapiensin Afrikadan düşünüləndən ən az 50000 il öncə çıxdığına işarə edir. Kəşfdə önəmli pay sahibi olan Binqhamton Universitetinin professoru Rolf Quam daha öncə insanların erkən köçü iddialarının həm arxeoloji, həm də DNT araşdırmalarına nəzərən təxmin edildiyini, lakin bu tapıntıdan sonra maddi dəlillə sübuta yetirə bildiklərini bildirib.

Fosilin tapıldığı bölgə modern insanın Afrikadan Nil vadisi boyunca uzanan şimal istiqaməti və Şərqi Aralıq Dənizi sahillərini istifadə etdiklərini də işarə verir.

Alimlər bu tapıntıdan sonra müasir insanın düşünüldüyündən daha qədim bir tarixinin olduğu qənaətinə gəlib.

Zümrüd

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR