Slimfit
  1. TEXNOLOGİYA

Ən möhkəm korpuslu smartfon məlum olub

Ən möhkəm korpuslu smartfon məlum olub
Sakura

Ən möhkəm korpuslu smartfon məlum olub

“Tom's Guide” portalının versiyasına görə, “Motorola Moto Z2 Force” ən möhkəm korpusa malik smartfon seçilib.

ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, ekspertlər tərəfindən aparıcı istehsalçıların qurğuları davamlılığa görə sınaqdan keçirilib: smartfonlar 2 metr hündürlükdən taxta və beton səth üzərinə atılıb, eləcə də suda batırılıb. Testlərin nəticələrinə görə qurğu 10 ballıq şkala üzrə qiymətləndirilib.

Bildirilir ki, “Motorola” modeli 8,5 bal qazanıb. Bütün manipulyasiyalardan sonra smartfonun həm korpusu, həm də ekranı üzərində çatlar əmələ gəlməyib.  

Reytinqdə ikinci və üçüncü yeri “LG X Venture” (6,6 bal) və “Apple iPhone X” (6,2) tutub. Liderlər beşliyinə, həmçinin hərəyə 6 bal toplayan “LG V30” və “Samsung Galaxy S9” modelləri daxil olub.

Ekspertlər tərəfindən ən incə model kimi şkala üzrə 3,9 balla kifayətlənən “iPhone SE” seçilib.

Nizam Nuriyev 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR