Slimfit
  1. MARAQLI

Ən məşhur 5 rəsm əsəri: “Mona Liza”, “Adəmin yaradılışı” və …

Ən məşhur 5 rəsm əsəri: “Mona Liza”, “Adəmin yaradılışı” və …
Sakura

Ən məşhur 5 rəsm əsəri: “Mona Liza”, “Adəmin yaradılışı” və …

“MONA LİZA” — LEONARDO DA VİNÇİ

Florensiyalı Leonardo Da Vinçi renessans dövrünün ən möhtəşəm rəssamı hesab olunur. O, təkcə rəssam kimi deyil, həm də alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, heykəltəraş, memar, musiqiçi və yazıçı kimi də tanınır. Haqqında yazılanlara görə, Da Vinçi “dağınıq” xarakterə sahib idi. Bir neçə əsərini tamamlamadan, yarımçıq qoymuşdur. Da Vinçinin 1503-1506-cı illərdə yaratdığı “Mona Liza” əsəri bütün dünyada məşhurdur və incəsənətin ən dahi əsərlərindən hesab olunur. “Mona Liza”nın simasındakı ifadə — həm xoşbəxt, həm də məyus görünməsi üstü açılmayan sirr olaraq qalıb.

Rəsm əsərində oturmuş halda təsvir edilən qadının yaradılmasında rəssam sfumato üsulundan istifadə edib. Sfumato — rəssamlıqda fiqur və əşyaları bürüyən havanı vermək üçün ümumi təsvirin yumşaldılması texnikasıdır. Sfumato üsulu nəzəriyyədə və praktikada ilk dəfə Leonardo Da Vinçi tərəfindən işlənilmişdir.

“GÜNƏBAXANLAR” — VAN QOQ

Vazda on iki çiçəyin təsvirindən ibarət olan “Günəbaxanlar” əsərinin müəllifi dünya şöhrətli rəssam Van Qoqdur. 1853-1890-cı illərdə yaşayan, təhsilini yarımçıq qoyan holland rəssamın böyük istedadı var idi. Rəsm karyerasına ölümündən on il öncə başlamışdır. Paris şəhərində müşahidə etdikləri ona əsərlərin canlı rənglərə üstünlük verməsini öyrətmişdir.

Daha sonralar isə o, özünəməxsus tərzini yaratdı. Rəssam ən önəmli əsərlərini isə ölümündən iki il öncə yaradıb. Ən yaxın dostu olan Pol Qogenlə münasibətləri pozulandan sonra bir qulağını kəsir. Daha sonralar meydana gələn psixoloji sarsıntılar rəssamın intihar etməsi ilə nəticələnmişdir.

“ADƏMİN YARADILIŞI” — MİKELANCELO MİKELANCELO

Mikelancelo İtaliyanın ən görkəmli rəssamlarından biridir. O, renessans dövründə fəaliyyət göstəribmişdir. Təkcə rəssamlıq sahəsində deyil, həm də poeziya, heykəltəraşlıq və s. istiqamətlərdə də fəaliyyətləri olmuşdur. Bütün dünyada məşhur olan “Adəmin yaradılışı” əsərinin müəllifi məhz Mikelancelodur.
Əsər 1511-ci ildə yaradılıb. Əsərdə Mikelancelo Tanrı ilə Adəmin arasındakı bir barmaq ucu qədər uzaq olan məsafəni təsvir edib. Bu rəsmdə Tanrının Adəmi öz surətindən yaratdığı mesajı ötürülür.

“RƏSSAMIN ANASI” — CEYMZ UİSTLER

Rəssamlıq karyerasına əsgərlikdə olarkən başlayan Uistler üç il dəniz xəritəçiliyi sahəsində professional olaraq çalışmışdır. Onun rəssamlığa və incəsənətə olan xüsusi marağı Uistleri Parisə köçməyə vadar edir. Burda müxtəlif rəssamlarla tanış olan Uistler realizm sahəsində rəsmlər çəkməyə başlayır.
Uistlerin ən məşhur əsəri “Rəssamın anası” əsəridir. Daha çox boz, bəyaz və qara rənglərə üstünlük verdiyi bu rəsmdə oturan yaşlı bir qadının profildən təsviri verilib. Rəsm əsərindəki qadının geyim tərzinin Viktorian dövrünə aid olması rəssamın ötürmək istədiyi mesaj kimi izah olunur.

“AZADLIĞA APARAN XALQ” — EJEN DELAKRUA

Ferdinan Viktor Ejen Delekrua 1798-1863-ci illərdə yaşayan fransız əsilli rəssam kimi bütün dünyada məşhurdur. O, təsviri sənətdə romantizm cərəyanının yaradıcılarından biri hesab olunur. Delakrua 1830-cu ildə Burbonlar monarxiyasının bərpası rejiminə qarşı baş vermiş Böyük Fransa inqilabı motivləri əsasında “Azadlığa aparan xalq” əsərini yaratmışdı.
Çoxlu hazırlıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsəyə gətirmişdi. Delakrua qardaşına yazmış olduğu 1830-cu il 12 oktyabr tarixli məktubda yazmışdı: “Əgər mən vətən uğrunda döyüşməmişəmsə, onda, heç olmasa, onun üçün çəkərəm”. İlk dəfə bu əsər 1831-ci ilin mayında Paris salonunda təqdim olunmuş, dərhal dövlət tərəfindən satın alınmışdı.

Mənbə: Gencaile.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR