Dərc edildi: Baxış sayı: 538
Ən hündür əkiz qüllələrin memarı öldü
Kuala-Lumpurda məşhur Petronas Qüllələrini tikən argentinalı 92 yaşlı memar Sezar Pelli dünyasını dəyişib.
Bu barədə “RİA Novosti” Tukuman əyalətinin qubernatoru Huan Mansura istinadən xəbər verir.
Memarın ölüm səbəbi açıqlanmır.
Pelli həmçinin Madriddə şüşəli qülləni, Honkonqda beynəlxalq maliyyə mərkəzini, Nyu-Yorkda ümumdünya maliyyə mərkəzini və digər məşhur binaları ərsəyə gətirib.
Qeyd edək ki, 88 mərtəbəli göydələn olan Petronas Qüllələri Asiyada 8-ci ən hündür (1998-2003-cü illərdə isə qitədə. – red.), 1998-ci ildən bəri isə dünyada ən hündür əkiz qüllələrdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət