Dərc edildi: Baxış sayı: 801
Ən etibarlı avtomobillərin siyahısı açıqlandı
ABŞ-ın “Consumer Reports” jurnalı 3 iri region üzrə ən etibarlı avtomobillərin reytinqini tərtib edib.
Trend-in məlumatına görə, Asiya regionunda rəy sorğularına əsasən, “Lexus”, “Toyota”, “Mazda”, “Subaru” və “Kia” ən etibarlı avtomobillər hesab olunub.
Avropa regionunda bu siyahıda “Audi”, “BMW”, “Mini Cooper”, “Porsche” və “Volkswagen” yer alıb.
Amerikalı istehlakçılar isə “Ford”, “Buick”, “Lincoln”, “Dodge” və “Jeep”i etibarlı hesab edib.
Bundan başqa, ekspertlər ən təhlükəsiz modellərin siyahısını tərtib edib. Bu reytinqə “Lexus GX”, “Toyota Prius C”, “Mazda MX-5 Miata” və “Subaru Crosstrek” daxil olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət