Slimfit
  1. TEXNOLOGİYA

Ən dəqiq atom saatı qravitasiya dalğalarını tutur

Ən dəqiq atom saatı qravitasiya dalğalarını tutur
Sakura

ABŞ Milli Standartlar və Texnologiya (NIST) İnstitutunun fiziklərinin yaratdığı atom saatı qravitasiya…

ABŞ Milli Standartlar və Texnologiya (NIST) İnstitutunun fiziklərinin yaratdığı atom saatı qravitasiya dalğalarını tutması ilə seçilir.

NUHÇIXAN “Naukatv” resursuna istinadən yazır ki, yeni atom saatı modifikasiyasında “NIST” tədqiqatçıları Kelvin şkalası üzrə sıfıra yaxın temperaturadək soyudulmuş itterbium atomlarının optik qəfəslərindən istifadə ediblər. Optik qəfəs atomları hərəkətsiz saxlayır, lazerlər isə iki enerji vəziyyəti arasında yerini dəyişməklə sonradan atomların dəyişən elektronlarını oyadır. Yeni qurğunun dəqiqliyi hətta rəqəmli saatların dəqiqliyini üstələməklə ona təxminən 15 milyard il səhvsiz işləməyə imkan verir.

Məlumata görə, atom saatları vaxt tərəddüdlərinin aşkarlanması və ölçülməsi üçün istifadə olunur. Nisbi sürət güclü qravitasiya kimi vaxtı yubadır. Lakin atom saatları zəif qravitasiya dalğalarını aşkarlaya bilir. Bundan başqa, atom saatlarının tünd materiyaya təsiri nəzəriyyəsində onlar minimal saniyəlik sürətlənə və ya zəifləyə bilirlər. Sinxronlaşdırılmış atom saatı vaxtın bütün kənar uyğunsuzluqlarını vaxtın ölçülməsi üçün adi cihazlardan daha yaxşı izləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR