Ən davamlı smartfon məlum olub
“JerryRigEverything” ləqəbi ilə tanınan bloqer Zak Nelson ötən ilin ən davamlı smartfonlarının reytinqini tərtib edib.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, Nelson “Google Pixel 3a” qurğusunu 2019-cu ilin ən davamlı cihazı adlandırıb. Bloqer bildirib ki, bu cihaz möhkəm plastik korpusa malikdir və onu sökmək çox asandır. Məsələn, cihazın ekranı bir çox smartfonlarda olduğu kimi, yapışqanla deyil, bir neçə vintlə bərkidilib.
Nelson “Royole Flexpai” aparatını ən təmirə yararsız cihaz adlandırıb, sözügedən smartfon qatlanan ekrana görə kənar müdaxilə üçün nəzərdə tutulmayıb. Nelson “Apple” smartfonlarının yeni istehsal xəttini xüsusi vurğulayıb. Videobloqerin fikrincə, hələ də “iPhone”u ev şəraitində təmir etmək çətindir, xidmət mərkəzlərində təmir isə çox bahalıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət