Slimfit
  1. İQTİSADİYYAT

Ən çox vergi ödəyənlər... — Siyahı

Ən çox vergi ödəyənlər... — Siyahı
Sakura

Ən çox vergi ödəyənlər... — Siyahı

Bu ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 mlrd 139,3 mln manat vergi daxil olub, proqnoza 110,1% səviyyəsində əməl edilib.

Vergilər Nazirliyindən "Qafqazinfo"ya daxil olan məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 8,3% və ya 239,9 mln manat artıb.

Dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, gəlirlərin bəyanetmə səviyyəsinin yüksəlməsi, könüllü bəyanetmənin əhəmiyyətli dərəcədə qalxması, habelə vergi inzibatçılığında islahatlar, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən artım templəri həm tədiyyə növləri üzrə, həm də qeyri-neft-qaz sektorunun əksər sektorlarında vergi daxilolmalarının artımına səbəb olub.

Qeyri-neft sektorundan vergi daxilolmalarında yüksək artım templəri əsasən ƏDV, aksiz, mənfəət, dövlət rüsumları, əmlak vergisi, mədən vergisi və sair daxilolmalar istiqamətində olub. ƏDV daxilolmalarında artım 18,3%, mənfəət vergisi üzrə 33,7%, əmlak vergisi üzrə 13,3%, dövlət rüsumları üzrə 63,2%, sair daxilolmalar üzrə 45,1%, mədən vergisi üzrə 18%, aksizlər üzrə isə 4,6 dəfə təşkil edib.

Əsas vergilər üzrə cəmi vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. ƏDV üzrə göstərici 24,9%-dən 25,3%-ə, o cümlədən qeyri-neft-qaz sektorunda 31,4%-dən 32%-ə, aksiz vergisi üzrə göstərici 7,1%-dən 7,4%-ə, o cümlədən qeyri-neft-qaz sektorunda 0,4%-dən 1,8%-ə, mənfəət vergisi üzrə göstərici 36,4%-dən 38,2%-ə, o cümlədən qeyri-neft-qaz sektorunda 25,7%-dən 29,6%-ə qalxıb.

Bu ilin 5 ayında qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Daxilolmalarda ən yüksək artım templəri bank və sığorta sektorunda (48,4%), rabitə sahəsində (40,6%), nəqliyyat sahəsində (26,1%), xidmət sektorunda (22,6%), ticarət sahəsində (13,3%), o cümlədən pərakəndə ticarətdə (32,4%), tikinti sahəsində (9,6%), digər fəaliyyət sahələrində (25,6%) qeydə alınıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR