Slimfit
  1. MARAQLI

Ən çox rəğbət görən filmlərə nə qədər büdcə tələb olunub?

Ən çox rəğbət görən filmlərə nə qədər büdcə tələb olunub?
Sakura

Ən çox rəğbət görən filmlərə nə qədər büdcə tələb olunub?

Bir çoxlarımız film və kino həvəskarıyıq. Bunu nəzərə alan film, kino sənayesi peşəkarları hər il bu sahəyə daha çox yatırım edərək daha çox gəlir əldə edirlər, çünki kinosuz həyat təsəvvür etmək qeyri-mümkündür. Hələ bu film və kinolar çox böyük kütlənin diqqət mərkəzindədirsə, bu sahənin həyatımızdakı rolu danılmazdır.

Bu günki yazımızda sizi ən çox yatırım edilmiş 5 kino ilə tanış edəcəyik.

1.Pirates of the Caribbean: At World's End – Karib dənizinin quldurları: Dünyanın sonu

Film bir çoxlarının bəyəndiyi və izlədiyi kinolardandır. Filmdə bir çox insanlar rol alsa da yeqin ki, ən yadda qalanı məhz Kapitan Sərçədir. Conni Depin ifa etdiyi bu rol sahib olduğu maraqlı xarakterik xüsusiyyətinə görə çox sevilir və rəğbət görür.

2007-də çəkilən filmin təşkil etdiyi büdcə 300 milyon dollar olub. Xatırladaq ki, artıq yeni seriyanın treyleri izləyicilərə təqdim olunub.

2. Digər film bütün dünyada məhşur olan 1997-də çəkilmiş Titanik filmi tutur. Film möhtəşəm səs və işıq effektləri və aktyor, aktrisa heyəti ilə izləyicilərin ürəyini fəth edə bilib. Filmin büdcəsi 200 milyon dollar təşkil edib.

3. Növbəti film isə Spider Man 3 filmidir. Filmin büdcəsi 250 milyon dollar təşkil edir.

4. Bu film yeqin ki, həm böyüklər, həm də kiçiklərin sevimlisi Harry Petter kinosuna aid “Harry Potter and the Half-Blood Prince “ seriyasıdır.  Filmin büdcəsi 250 milyon dollar təşkil edir. Xatırladaq ki, kinonun kitabları da rekord sayda satılaraq Joanne Rowlingə yetərincə sərvət qazandıra bilib.

4. Bir çoxlarının sevimlisi olan Avatar filminin də büdcəsi nə az nə çox 237 milyon dollar təşkil edir. Seriyanın ikinci hissəsi üzərində işlər getməkdədir. İkinci hissənin daha möhtəşəm olması gözlənilir, çünki büdcəsi birincidən də çox olub, 250 milyon dollar təşkil edir. Amma film həvəskarlarına səbrli olmağı tövsiyə edərdik çünki verilən məlumatlarda fimin 2020-ci ildə ekranlara çıxacağı bildirilir.

Nəcibə Yusifova

 

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR