Slimfit
  1. AVTO VƏ MOTO

Ən çox problem yaradan avtomobil markaları hansılardır?

Ən çox problem yaradan avtomobil markaları hansılardır?
Sakura

Ən çox problem yaradan avtomobil markaları hansılardır?

Dünyanın müxtəlif bölgələrində, xüsusilə avtomobil sahəsində araşdırmalar aparan və məlumatlar toplayan “J.D, Power” adlı bir qurum var. Bu, bütün avtomobil istehsalçılarının hörmətlə yanaşdığı, məlumat satın aldığı və araşdırmalarından yararlandığı bir qurumdur. “J.D.Power” hər il ABŞ, Almaniya, İngiltərə, Yaponiya kimi ölkələr başda olmaqla 20-yə yaxın ölkədə araşdırmalar aparır. Bu araşdırmaların çoxu da avtomobil sahəsinə aid olur.

Hamımızı avtomobillərlə bağlı maraqlandıran suallardan biri hansı markanın daha çox şikayət almasıdır. TED.az “J.D.Power”in araşdırmalarına əsaslanaraq sizə bu avtomobil markalarının adlarını təqdim edir. Müştərilər arasında keçirilən sorğuya əsasən, ən çox şikayət alan avtomobil markası hansıdır?

“J.D.Power” hər il eyni markalı avtomobil sahibləri ilə əlaqə saxlayaraq onlardan son bir il ərzində avtomobilləri ilə bağlı hansı problemləri yaşadıqları barədə məlumat alır. Qeyd edək ki, bu avtomobillər ikinci əl avtomobil deyil, hələ də ilk sahibi tərəfindən istifadə olunan avtomobillərdir. Bu araşdırmada 14 000 avtomobil sahibi iştirak edib. Sport və lüks avtomobillər də bu araşdırmaya daxil edilməyib. Həmçinin “Jaguar”, “Alfa Romeo” və “Subaru” kimi az satılan avtomobil markaları da sorğuda dəyərləndirilməyib.

Avtomobil vasitələrinin araşdırması 8 kateqoriya üzrə aparılıb. Şikayətlər lampa partlamasından motor nasazlığına qədər olan 117 fərqli problem əsasında dəyərləndirilib. Beləliklə, markaların hər 100 avtomobilinə nə qədər şikayət düşdüyü hesablanıb. İndi isə ən şox şikayətlə rastlaşan 10 avtomobilin siyahısını sizə təqdim edirik:

Bu 10 avtomobil markası içində nisbətətn az problem yaradan marka “Mazda”dır. Son günlərdə Avropada satış göstəriciləri aşağı düşsə də, dizayn və güvənlilik sahəsində bir çox avtomobil markasını geridə qoyan “Mazda” 156 şikayət sayı ilə sonuncu pillədədir.

9-cu pillədə heç gözləmədiyiniz bir marka var. Bu, “markaların şahı” adlandırdığımız, “Premium” nüfuzlu “Mercedes”dir.  Bəli, ən çox problemlə üzləşən markaların siyahısının 9-cu pilləsində nə qədər təəccüblü görünsə də “alman nəhəngi” “Mercedes” dayanıb. Bu marka il ərzində 158 şikayət alıb.

Sizi təəccübləndirməyə davam edirik, çünki 8-ci sırada yenə bir alman markası dayanır. Söhbət “Mini”dən gedir. Bu markanın  hər 100 avtomobilinə düşən şikayət sayı 162-dir.

Və növbədə bir başqa yapon markası var. Bu 174 şikayət sayı ilə “Suzuki” markasıdır. Son illərdə satış göstəricisi ilə yanaşı, keyfiyyət göstəriciləri də aşağı düşən “Suzuki” siyahının 7-ci pilləsində dayanır.

6-cı pillədə dözümlülüyü və xüsusilə də güvənliliyi ilə dünyanın rəğbətini qazanmış “Volvo” var. Bəli, adlı-sanlı “Volvo” 180 şikayət ilə 6-cı ən çox problem yaşadan marka hesab edilir.

5-ci pillənin sahibi, dünyanın ən kiçik avtomobillərini istehsal edən “Smart”dır. Hər 100 “Smart” müştərisi, avtomobillərində 181 nasazlıqla üzləşdiklərini bildiriblər. Qeyd edək ki, “Smart” “Mercedes”in törəmə markasıdır. Yəni daha bir Almaniya istehsalçısından söhbət gedir.

4-cü yerdə 3 “premium” alman markasından biri olan “Audi” dayanır. Bu marka şikayətlərə görə “Smart”dan bir pillə irəlidədi. Çoxlarının arzusu olan “Audi” “Dacia”dan 30 şikayət irəlidədir.

Və gəlib çatdıq ilk 3-ə. Əminik ki, bu üçlükdəki markalar sizi bayaq adları çəkilən markalardan daha çox təəccübləndirəcək. Buyurun :

3-cü ən çox nasazlıq yaranan marka “Citroen”dir. Fransa istehsalı olan bu marka, hər 100 avtomobilə 195 problemlə ilk üçlüyə daxil olmağı bacarıb.

Çox böyük təəssüflə bildiririk ki, ən çox nasazlıq yaranan avtomobil markalarından ikincisi “BMW”dir. Hər 100 avtomobilə 205 şikayət sayı olan “BMW” keçən ilin araşdırma siyahısında, hətta 1-ci yerdə olub.

Bu yerə qədər çox təəccüblənsəniz də, birinci yerin sahibi əminəm ki, sizi çox da məyus etməyəcək. “Fiat”ın hər 100 avtomobilinə düşən şikayət sayı 228-dir. “Fiat”ı kifayət qədər güclü və möhkəm marka hesab etməsək də, bu rəqəm gözlədiyimizdən də çoxdur.

Maraqlıdır, necə olur ki 4 “premium” marka ən çox nasazlığı olan avtomobillərin sırasında yerləşir? Yəqin ki, markaların nüfuzu yüksəldikcə onlara qarşı olan tələblər də yüksəlir və  bu qədər şikayət sayı ortaya çıxır. Necə deyərlər, uman yerdən küsərlər...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR