Slimfit
  1. TEXNOLOGİYA

Ən çox ələ keçirilən parollar məlum olub

Ən çox ələ keçirilən parollar məlum olub
Sakura

Ən çox ələ keçirilən parollar məlum olub

Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi internetdə ən çox ələ keçirilən parollar üzrə aparılan tədqiqatın nəticələrini dərc edib.

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, siyahıda birinci yeri dünyada 23,2 milyon qurbanın hesabında istifadə edilən 123456 parolu tutub. Sonrakı yerlərdə 123456789 (7,7 milyon), "qwerty" (3,8 milyon), "password" (3,6 milyon) qərarlaşıb. Liderlər beşliyini 3,1 milyon qurban tərəfindən quraşdırılan 1111111 parolu tamamlayıb.

Həmçinin ən çox müdaxilə edilən parollar iyirmiliyinə 12345678 (2,9 milyon), "abc (123 milyon), 1234567 (2,5 milyon), "password1" (2,4 milyon), 12345 (2,3 milyon), 1234567890 (2,2 milyon), 123123 (2,2 milyon), 000000 (1,9 milyon), "iloveyou" (1,6 milyon), 1234 (1,3 milyon), 1q2w3e4r5t (1,2 milyon), "Qwertyuiop" (1,1 milyon), 123 (1,02 milyon), "Monkey" (980 min), "Dragon" (968 min) daxildir.

Milli Kibertəhlükəsizlik Mərkəzinin mütəxəssisləri tərəfindən belə parollardan istifadə etməmək, istifadə edildiyi halda isə dəyişmək tövsiyə edilir. Onlar, həmçinin parol qismində 3 təsadüfi sözdən, eləcə də müxtəlif registr, rəqəm və simvolları özündə birləşdirən mürəkkəb parollardan istifadəni məsləhət görürlər. Bundan başqa, təhlükəsizliyi ikifaktorlu autentifikasiya vasitəsilə artırmaq mümkündür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR