Slimfit
  1. MARAQLI

Ən çox borcu olan ölkələr

Ən çox borcu olan ölkələr
Sakura

Ən çox borcu olan ölkələr

Dünyanın ən böyük iqtisadiyyatı  ABŞ,  Çin və Yaponiya, 63 trilyon dollarlıq "qlobal dövlət borc liqası" üzrə ilk üçlükdədir.

Beynəlxalq Valyuta Fondunun (BVF)  məlumatına əsasən, dünya  dövlətlərinin ümumi borcu 63 trilyon dollar təşkil edir. ABŞ, Çin və Yaponiyanın ümumi borcu dünya dövlət borcunun  58,5 faizini təşkil edir.

ABŞ 19,94 trilyon dollar olan borcu ilə "qlobal dövlət borc liqası" da birincidir. ABŞ hökumətinin borcu dünya dövlət borcunun təxminən 32  faizini təşkil  edir. ABŞ hökumətinin borclarının böyük əksəriyyəti hökumət idarəsi, banklar, sığorta şirkətləri, sərmayə fondları, pensiya fondları və Fed’dən ibarətdir. Birləşmiş Ştatların illik gəliri 18,5 trilyon dollara bərabər olsa da, milli gəlir səviyyəsi  107 faiz olaraq hesablanır.

11 trilyon dollarla ikinci sırada olan Yaponiyanın borcunun, qlobal borclara nisbəti  18,8 faiz  səviyyəsindədir.

Çin hökumətinin ümumi borcu 5 trilyon dollar təşkil edir ki, bu da qlobal dövlət borcunun 8 faizinə bərabərdir.Çin və Yaponiyanın borcunun əksəriyyəti yerli pul vahidindən və öz vətəndaşlarına olan borclarından meydana gəlir.

Dördüncü və beşinci sırada isə sırasıyla 2 trilyon 454 milyon dollarla İtaliya, 2 trilyon 375 milyon dollarla Fransa iştirak edir. İtalyanın borcları qlobal hökumət borclarının 3,9 faizinə, Fransanın borcları isə 3,8 faizinə  bərabərdir.

Digər tərəfdən, milli gəlir nisbətinə görə ən çox borcu olan ölkə isə təxminən  240 faiz ilə Yaponiya olarkən, bu ölkəni  181,6 faiz ilə Yunanıstan, 148,7 faiz ilə Livan, 132,6 faiz ilə İtaliya və  130,3 faiz ilə Portuqaliya təqib edir.

Xəzinə Müşavirliyinin məlumatlarına əsasən, Türkiyənin mərkəzi rəhbərlik borcu, sentyabr sonu etibarilə təxminən 230 milyard dollarla qlobal borcların 0,4 faizini təşkil edir. Və bu borcun milli gəlirə nisbəti 30 faizdən aşağıdır.

 

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR