Slimfit
  1. DÜNYA

Ən çirkli havası olan metro açıqlandı

Ən çirkli havası olan metro açıqlandı
Sakura

Ən çirkli havası olan metro açıqlandı

London metrosundakı hava bütün dünyada ən çirkli hesab olunur. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “The Times” qəzeti yazıb.

Britaniya metropolitenində havanın çirklilik səviyyəsi şəhərdəkini 15 dəfə üstələyir. Kral kollecinin tədqiqatçıları qeyd edirlər ki, “Viktoriya” və “Şimali” xəttlərdəki situasiya digərlərindən daha acınacaqlıdır.

“TASS” yazır ki, London metrosunun bəzi xəttlərində insan sağlamlığı üçün zərərli olan kiçik hissəciklərin konsenstrasiyası Barselona, Los-Anceles, Nyu-York, Pekin, Seul və Sidney metropolitenlərindəkindən daha yüksəkdir.

Tədiqatçılar bu cür çirklənməni təkərlərin relslərə sürtünməsi, eskalatorların işləməsi, eləcə də havalandırmanın yetərincə effektiv olmaması ilə izah edir. Qoruyucu tədbirlər kimi stansiyalarda sərnişinlər və dəmiryolu xətləri arasında xüsusi konstruksiyaların yerləşdirilməsi təklif olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR