Slimfit
  1. TEXNOLOGİYA

Ən böyük yürüş məsafəsi olan elektromobillərin adları açıqlandı

Ən böyük yürüş məsafəsi olan elektromobillərin adları açıqlandı
Sakura

Ən böyük yürüş məsafəsi olan elektromobillərin adları açıqlandı

Ekspertlər ən böyük hərəkət ehtiyatı olan elektrik avtomobillərinin reytinqini tərtib ediblər.

TED.az xarici mətbuata istinadən xəbər verir ki, göstərilən reytinqdə birinci yerin sahibi “Hyundai Kona Electric” olub. Bu nəqliyyat vasitəsi, bir dəfə tam enerji yığmaqla, təxminən, 415 kilometr məsafəni gedə bilər.

İkinci yeri “Jaguar I-Pace” və “Kia e-Niro” bölüşdürüblər. Modellərin nəqliyyat vasitələrinə 410 kilometrədək hərəkət etmək üçün bir dəfə tam enerji toplamaq kifayətdir.

Üçüncü sırada “Tesla Model 3” qərarlaşıb. Bu nəqliyyat vasitəsinə bir enerji yükləməsi 384 kilometr getmək üçün kifayət edəcək.

Dördüncü yeri “Tesla Model X” tutur. O, əlavə enerji yükləməsinə ehtiyac duymadan 375 kilometr məsafəni qət edir.

Beşinci yerin sahibi “Tesla Model S”dir. Bu nəqliyyat vasitəsinin hərəkət məsafəsi 328 kilometrdir.

Reytinqə, həmçinin, “Audi e-tron” (315 km), “BMW i3” (265 km), “Hyundai Kona electric” (254 km) və “Renault Zoe R110” (235 km) da daxil olublar.

Qeyd etmək lazımdır ki, reytinq tərtib edilərkən istehsalçılar tərəfindən göstərilən deyil, elektrokarların sınaqdan keçirilməsi zamanı əldə olunan göstəricilər nəzərə alınıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR