Dərc edildi: Baxış sayı: 996
Ən bahalı avtomobili olan dövlət başçıları
Ən bahalı avtomobilə malik olan dünya liderlərinin adları açıqlanıb. FaktXəbər bildirir ki, bu barədə "Speedinfo" portalının mütəxəssisləri siyahı tərtib edib.
Siyahıda ilk pillədə Bruneyin sultanı III Həssənala Bolkiaha göstərilib. Onun "Rolls-Royce Silver Spur Mk" modelli avtomobili təmiz qızıldan işlənib və ekspertlərin hesablamalarına görə, təxminən 24 milyon dollara başa gəlib.
İkinci yerdə Roma Papası üçün 1980-ci ildə istehsal edilmiş və 2007-ci ildə Roma yepiskopuna hədiyyə edilmiş "Mercedes-Benz G-Class" avtomobili qərarlaşıb.
İlk üçlüyü isə Vladimir Putinin kortejinə daxil olan limuzin qapayır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət