Slimfit
  1. MƏDƏNİYYƏT

Ən az aktyorla çəkilən, Avropaya səs salan üç Azərbaycan filmi

Ən az aktyorla çəkilən, Avropaya səs salan üç Azərbaycan filmi
Sakura

Ən az aktyorla çəkilən, Avropaya səs salan üç Azərbaycan filmi

Moderator.az əsl mədəniyyət hadisəsi sayılan, cəmi bir neçə aktyorun rol aldığı  filmlərimiz  haqqında maraqlı faktları təqdim edir:
 
“Özgə vaxt" - Dəfələrlə nüfuzlu mükafatlar almasına baxmayaraq unudulan  filmdir. Filmdə cəmi 7-8 aktyor iştirak edib. Onların da bir neçəsi epizodik olaraq gözə dəyir. Filmin startından finişinə qədər ön planda əlil arabasına məhkum edilmiş bədbəxt ata, bu atasına görə öz gələcəyini itirmiş zavallı qız və bu qıza görə sevgisi daşa dəymiş bəxtsiz oğlan təsvir olunur. Hərdən həkim gəlir, hərdən qonşu görünür... Amma ac göyərçinlər əlil ata üçün bu həkim və qonşudan daha önəmlidir. 
 
Hüseyn Mehdiyev tərəfindən yüksək peşəkarlıqla lentə alınan filmdə həm rejissor, həm ssenarist işi, həm də aktyor oyunu çox gözəl tandem təşkil edib. Bu gün “Özgə vaxt” filmi Azərbaycanda öz layiqli qiymətini ala bilmir. Ən azından biz filmi heç televiziya ekranlarında da görmürük. Az qala, hər ay “Görüş”, “Ulduz”, “Əhməd haradadır” kimi banal məzmuna və zəif süjet xəttinə malik olan filmlər ekranlarda “mazol effekti”ni yaradır. Amma “Özgə vaxt” kimi dünyanın istənilən psixoloji dram filmi ilə ayaqlaşa biləcək bir ekran işi kölgədə qalıb. Amma bu indidir. Haradasa 20 il bundan əvvəl filmin qədri bilinirdi. “Özgə vaxt” Berlin Kino Festivalında mükafat qazanan yeganə Azərbaycan filmidir. 
 
O zaman festivala təqdim edilən 780 filmdən yalnız 70-ə qədəri kinoteatrlarda təqdim olunmaq üçün seçilir. Onlarn arasında “Özgə vaxt” filmi də olur. Elə bunun sayəsində Avropa tamaşaçısı filmlə daha yaxından tanış olur. Çox keçməmiş, 1997-ci ildə Madriddə keçirilən I Beynəlxalq Kino Festivalında Hüseyn Mehdiyev ən yaxşı rejissor, Ayan Mirqasımova isə ən yaxşı aktrisa nominassiyalarında mükafat alırlar. Rejissora “Qızıl Sevilla”, aktrisaya isə “Gümüş Sevilla” mükafatı verilir. 
 
Ayan Mirqasımova sonrakı illərdə daha bir beynəlxalq festivalda çinli aktrisa ilə birlikdə ən yaxşı aktrisa nominassiyasının qalibi olur, “Qızıl Zanbaq” mükafatına sahiblənir. 
 
Lakin çox təəssüf.... “Özgə ömür” adlı peşəkarlıqla çəkilən  film öz uğurğlu taleyini yarada bilmədi.
 
“Məkanın melodiyası” - “Məkanın melodiyası” -  filmin rejissoru hələ çəkiliş prosesində məhsulunun uğur qazanmayacağını bilirdi. Ona görə yox ki, film zəif idi, ona görə ki, film məzmun etibarilə həddindən artıq güclü idi. 2004-cü ildə ekranlaşdırılan filmdə fəlsəfi güc, dərin məzmun o qədərdi ki, hələ kinoya o qədər də bağlanmayan Azərbaycan tamaşaçısının onu həzm etməsi çox çətin olacaqdı. Rejissor elə ssenari ilə tanış olduqdan, çəkilişlərə başladıqdan sonra tez-tez bu haqda düşünürdü. Ramiz Rövşən kimi dərin insanın ssenarisi əsasında çəkilən filmin gələcəyinə Hüseyn Mehdiyevin inamı az idi. O, heç cür inanmırdı ki, bu cür dərin film bizim tamaşaçısı silkələsin. Lakin film çəkilir…Və… buyur, indiyə qədər bu 13 il ərzində heç 2-3 dəfə ekranda göstərilməyib. Sevgisini itirən insanın həyatı boyunca, sevgisiz, daxilən azad olmayan bir hisslə yaşadığı motiv ön plana çəkilir. Cəmi 3 aktyor- Ələddin Abbasov, Mehriban Zəki və Ayan Mirqasımova şedevr yaradır. Lakin dünya kinosunun əksər nümunələri ilə rəqabət aparmaq gücündə olan film adicə Azərbaycan kino məkanında da öz yerini tapa bilmir.
 
“Çölçü” - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “AZƏRBAYCANFİLM” Kinostudiyasında 2012-ci ildə istehsal olunan Şamil Əliyevin “Çölçü” bədii filmi 5  qitəni əhatə edərək 33 (iyirmi otuz üç) Beynəlxalq Kino Festivallarında iştirak edib, bir sıra mükafatlara layiq görülüb. Bu festivallar A və B kateqoriyalı festivallardır. 
 
Filmi 4 dəfə  ən yaxşı film kimi baş mükafatlara, 3 dəfə Ən yaxşı rejissor işinə görə,  həmçinin, ən yaxşı ssenari, ən yaxşı qadın oyunçu nominasiyalarında qalib gəlib. 
 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınan “Çölçü” filminin rejissor Şamil Əliyev,  ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
 
Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.
 
Film  Çikaqoda Art House Festivalında Tarkovski və Antonioni mükafatının nominantı olduqdan sonra Avropa və Amerikada ali məktəblərin kino fakültələrinə dərs vəsaiti kimi salınıb. Amma bu da son deyil. Belə ki, “Çölçü” filmi hazırda ABŞ, İngiltərə, Hindistan və bir çox ölkələrdə Antonioni, Tarkosvki kimi rejissorların filmləri ilə birgə dərs vəsaiti kimi tədris edilir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR