Ən aşağı gəlir vergisi olan 10 ölkə
Ölkələr yalnız dilləri və mədəniyyətlər ilə fərqlənmirlər, eyni zamanda vergi sistemləridə fərqli olur. Buna görə bəzi ölkələr offshore olur, çünki vergi sistemi investorlar üçün daha əlverişli görünür və bu ölkələrin yuridiksiyasında pul qazanmaq daha sərfəlidir.
İnvestorların diqqətini çəkən mühim vergilərdən biri mənfəət vergisidi.
Dünyada ən aşağı gəlir vergisi olan 10 ölkə haqqında sizə məlumat verəciyik.
- Kayman adaları
Ölkə daxilində gəlir vergisi 0% təşkil edir. Yəni ölkə vətandaşları gəlir vergisi ödəmirlər, dövlət gəlirinin yeganə mənbəyi müxtəlif yığımlar və rüsumlardır.
Ümumiyyətlə gəlir vergisi dərəcəsi ölkədən ölkəyə dəyişir və hansı ölkənin ən aşağı vergilərə malik olduğunu müəyyən etmək üçün bütövlükdə vergitutma sistemini müqayisə etmək lazımdır.
- Bahamalar
Bahamalarda gəlir vergisi dərəcəsi 0% təşkil edir. Bununla yanaşı ölkənin vətandaşları dəyəri 50 min dollara kimi olan evlər,əmlak vergisindəndə azaddırlar.
Rüsumlar və tariflər dövlət gəlirinin əsas mənbəyidir.
3.Qvatamela
Qvatamelada fiziki şəxslər üçün gəlir vergisi 2008-ci ildəki 31%-lə müqaisədə 7% təşkil edir.
Lakin hüquqi şəxslər üçün bu vergi 25% təşkil edir, satışdan vergi isə-12%-dır.
4.Bolqarıstan
Bolqarıstanda fiziki şəxslərin üçün vergi dərəcəsi bütün gəlir növləri üzrə 10% təşkil edir
Hüquqi şəxslərin vergi dərəcəsi isə 10%-dir.
- Boliviya
Burada mənfəət vergisi yalnız 13% təşkil edir, lakin bu rəqəm yanıltıcı ola bilər, çünki ölkədə vergitutmanın kompleks sistemi mövcuddur.
Belə ki, avtomobil, spirt və ya ətir kimi lüks əşyalar vergiyə cəlb olunur, dərəcəsi 18% -dən 50% -ə qədər dəyişir. Ölkədə ƏDV 13% təşkil edir.
- Litva
Litvada fiziki şəxslər üçün vergi dərəcəsi bütün gəlir növləri üçün 15% təşkil edir.
Ölkə həmçinin mənzil, təhsil, köçürülmə və yaşayış xərclərinin artması üçün vergi ayırmaları sisteminə malikdir.
Bununla birlikdə, aşağı vergi dərəcəsi 21% dərəcəli ƏDV ilə kompensasiya edilir, bəzi hallarda dərəcələr azalır.
- Rumıniya
Rumıniyada gəlir vergisinin vergi dərəcəsi fiziki şəxslər üçün 16% təşkil edir. Hüquqi şəxslər üçün vergi dərəcəsi də 16% -dir.
Əlbətdə ki bu göstərici 1995ci ildə hüquqi şəxslər üçün vergi dərəcəsinin 38% olmağından azdır.
- Ukrayna
Ukraynada gəlir vergisi 18% təşkil edir.
Bununla yanaşı, hərbi yardım kimi icra edilən müvəqqəti 1.5% miqdarında vergi mövcuddur.
- Sinqapur
Sinqapur hər bir xüsusi vəziyyətdə, vergi dərəcəsini müəyyən edən sürüşmə miqyası ilə seçilir.
320 min ABŞ dollarından çox olan hər hansı gəlir 22% dərəcə ilə vergiyə cəlb edilir və 22 min ABŞ dollarından aşağı olan gəlir vergiyə cəlb edilmir.
Bundan əlavə, Sinqapurda miras vergisi və ya kapital mənfəət vergisi yoxdur. Hüquqi şəxslərin mənfəət vergisi 17% təşkil edir.
- Latviya
Fiziki şəxslər üçün vergi dərəcəsi 23% təşkil edir. Bundan əlavə, gəlir növünə görə bəzi istisnalar var.
Hüquqi şəxslər üçün gəlir vergisinin dərəcəsi 15% təşkil edir.
Mənbə: Bizplus.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət