Britaniya “The Sun” nəşri ən ağıllı futbolçuların adlarını açıqlayıb
Britaniya “The Sun” nəşri ən ağıllı futbolçuların adlarını açıqlayıb.
Oxu.Az “Sport24” portalına istinadla xəbər verir ki, həmin materialda müxtəlif sahələrdə ali təhsilli və yüksək intellektual qabiliyyətə malik olan keçmiş və hazırkı bəzi futbolçuların adları qeyd edilib.
12 nəfərlik siyahıda 2009-2013-cü illərdə Londonun “Arsenal” klubunun şərəfini qoruyan, hazırda Qazaxıstanın “Kayrat” klubunun formasını geyinən rusiyalı futbolçu Andrey Arşavinin də adı yer alıb.
Nəşrdə 37 yaşlı rusiyalı futbolçu haqqında bu sözlər yer alır:
“Əgər futbol olmasaydı, o həyatını moda ilə bağlayardı. Rusiyalı futbolçu Sankt-Peterburq Sənaye Texnologiyaları və Dizayn Dövlət Universitetini bitirib”.
Arşavindən başqa, siyahıda Xuan Mata, Simon Minole, Frenk Lempard, Corco Kellini, Qlenn Conson, Klark Karlayl, Romelu Lukaku, Edvin van der Sar, Sokrates, Dankan Uotmor və Oliver Birxoffun adları var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət