Slimfit
  1. PSİXOLOGİYA

Emosiyaların insan həyatına təsiri

Emosiyaların insan həyatına təsiri
Sakura

Emosiyaların insan həyatına təsiri

Digər canlılardan fərqli olaraq , şüurun yalnız insana aid olduğu söylənilir. Lakin insanları şüurdan çox hissləri idarə edir. Qədim romalılara görə, insanın ruhunu bədəni idarə edir. Yəni sağlam ruh üçün sağlam bədən lazımdır. Lakin orta əsr Şərq alimləri bu fikri təkzib edərək ruhun bədəni idarə etdiyini söylədilər. Həmin dövr alimlərindən gələn qənaətə görə, ruhumuz bədənimizi emosiyalarımızın təsiri ilə bilavasitə qoruyur və ya əksinə. Emosiyaların bu baxımdan daimi nəzarətdə saxlamaq vacib nüansdır. Buna elmdə autotreninq deyilir. Nədir axı bu emosiyaların təsiri? Hər bir emosiya orqanizmdə spesifik dəyişiklik yaradır.  Misal olaraq, kin ödü hərəkətə gətirərək  üzə sarı rəng verir, güclü qəm -kədər ürək  - damar sisteminə mənfi təsir göstərir , sevinc hissi bədəni sağlam saxlayar və insana xoş əhval - ruhiyyə bəxş edər. Bu misalları uzatmaq da olar.

Orta dövr Şərq mədəniyyətinin böyük alimi Nəsirəddin Tusi “Əxlaqi - nasiri” əsərində mövzu barədə belə fikir irəli sürmüşdür: “ Bəzən belə olur,  insan öz kinini boğar və içində gizlədərək uzun müddət onu üzərində gəzdirər. Axırda o ,ölümlə nəticələnə bilər, ağır xəstəliklərə düçar olar. Kinin müalicəsi onu aradan qaldırmaqdan ibarətdir, çünki səbəb gücləndikcə nəticə də güclənər.”

Orta əsrlərdə yaşayan alimlərin bir çoxu  gülüşdən terapiya kimi istifadə etməyin faydalarından da danışıblar. Hətta gülüşü gözdəyməni, cadunu qovmaqda ən münasib mübarizə üsulu kimi təlqin ediblər. Dövrün ərəb yazarı Əbu Osman - əl Cahiz demişdir: “Gülüş uşağın duyduğu ilk nemətdir. Gülüş piyin yığılmasına, qanın çoxalmasına səbəb olur. Əgər gülmək və güldürmək eybəcər sayılsaydı, onda gözəl bir əşya və ya imarət görəndə “adamın üzünə gülür” deməzdik.  

Biz, əslində, özümüz də bilmədən öz taleyimizi, yaşımızı müəyyənləşdirir, sağlamlığımızı idarə edirik. Hislərimizi nə qədər doğru - düzgün idarə və ifadə edə bilsək, ruhumuzu bir o qədər məhbəsdən azad etmiş olarıq. Sağlam düşüncə, sağlam təfəkkür sağlam ruh deməkdir.

Insan özü bir möcüzədir.Yaradılışın bir çox sirləri elə insanda gizlidir. Sadəcə onu  kəşf etmək lazımdır.

Müəllif: Vüsalə Selcan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR