Slimfit
  1. MARAQLI

Emosional asılılıq yaradan sindromlar

Emosional asılılıq yaradan sindromlar
Sakura

Emosional asılılıq yaradan sindromlar

Həyatımızın müəyyən mərhələsində müxtəlif sindromlarla qarşılaşırıq. Bu sindromlar bir sıra xüsusiyyətlərinə görə fərqlilik təşkil edirlər. Bu yazıda sizi daha iki maraqlı sindromla tanış edəcəyik. Lima və Stokholm sindromları. Hər iki sindromun özünəməxsus maraqlı tarixcəsi də mövcuddur. Beləliklə, Stokholm sindromu öz adını İsveçin paytaxt şəhərindən almışdır. Beləki, 1973-cü ildə Stokholmda bir nəfər bank soymaq istəmiş və 6 gün ordakı müştəriləri girov götürmüşdü. Belə olan halda soyğunçunun bəxti gətirmiş və girov götürdüyü qadınlardan biri ona emosional olaraq bağlanmışdı. Hətta qadın soyğunçu tutulduqdan sonra onun lehinə müsbət şahidlik etmiş və nişanlısını tərk edərək onun həbsdən çıxmasını gözləmişdi. Bilmək olmaz bəlkə də soyğunçu normalda daha yaxşı biriymiş. Bir sözlə, Stokholm sindromu girov götürülən şəxsin onu girov götürən insanla emosion bağlılığını ifadə edir.

Stokholm sindromunun əksinə Lima sindromu girov götürənin girovuna qarşı bəslədiyi emosional bağlılığı ifadə edir. Bu sindrom adını Perunun Lima şəhərindən almışdır. Beləki, Limada bir qrup insan Yapon səfirliyinə hücum etmiş və sonra onlar girovları buraxmışdılar. Doğrusu, bəzi mənbələr bunu tam təstiqləmir, çünki onlar teroristlərin tamamilə məhv edildiyini qeyd edirlər.

Nə olmasından asılı olmayaraq, ümid edirik ki, heç kim bu sindromların heç biri ilə həyatda qarşılaşmaz.

 

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR