Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Emin Hacıyev: “Orta məktəblərdə xarici dillər əlçatan olmalıdır”

Emin Hacıyev: “Orta məktəblərdə xarici dillər əlçatan olmalıdır”
Sakura

Emin Hacıyev: “Orta məktəblərdə xarici dillər əlçatan olmalıdır”

Çoxdilli gənclərin yetişdirilməsi, xüsusilə orta təhsil sistemində xarici dillərin xüsusi əhəmiyyətə malik olması yaşadığımız dövrün prioritetlərindəndir.

Bu fikirləri millət vəkili Emin Hacıyev bildirib.

Onun sözlərinə görə, karyera inkişafı asan əldə olunmur, bu yolda daha təcrübəli və bilikli insanlar daha böyük uğur qazanır, daha çox şey öyrənə bilirlər:

“Mütəxəssislər bu uğurun düsturunda xarici dil bilgisini xüsusi qeyd edirlər. 

İkinci daha mühüm bir məqam onunla bağlıdır ki, hər bir insana beynəlxalq aləmin qapılarını açan da məhz xarici dildir. 

Bu gün Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmləndirilməsi yönündə vacib addımların atılması baxımından yanaşsaq, bizim az qala hər birimizin müxtəlif xarici dilləri mükəmməl bilməyimizə nə qədər böyük ehtiyac olduğunu görərik. Bu mənada rus və ingilis dillərinin öyrənilməsi üçün orta və ali təhsil daha da təkmilləşdirilməlidir.

Rusdilli, ingilisdilli, türkdilli məktəblərin və ya məktəblərdə siniflərin olması, azərbaycanlıların əlavə olaraq fars, gürcü, ispan, fransız və alman dillərini də bilməsi vacib və qaçılmazdır”. 

“Çox mühüm suallar var- bu gün bizim dünyada nə qədər ingilisdilli, ermənidilli, rusdilli jurnalistimiz var? Bu gün bizim xarici arxivlərdə işləyə biləcək nə qədər çoxdilli mütəxəssisimiz var? və s.

Başqa bir məqama da diqqət edək. İsraildə xarici dil öyrənməyin yaşla bağlı olub-olmadığını müəyyən etmək üçün bir araşdırma aparılıb. Aparılan  araşdırmada xarici dil öyrənən insanlar içərisində yaşı 14-lə 21 arasında olanlar 12 yaşı olanlardan daha yaxşı nəticə göstəriblər. Yaşı 12 olanlar isə xarici dili yaşı 8 olanlardan daha tez mənimsəyiblər.

İngiliscə öyrənən ispanlar da təxminən eyni nəticəni göstəriblər. Gəlinən qənaət odur ki,  xarici dil öyrənməyin yaşı yoxdur. Əsas odur ki, insan öyrənmək istəsin.

Demək, biz nəinki yeni nəslin müxtəlif dilləri öyrənməsini təmin etməliyik, hətta bəzi sahələrdə çalışan, müəyyən yaş dövrünə çatmış peşəkarların xarici dilləri öyrənməsinə təkan verməliyik. Yaşadığımız dövr qeyri-ixtiyari olaraq çoxdilliliyi peşəkarlığın əsas şərtlərindən birinə çevirib”.

Deputatın fikrincə, bu sahədə sistemin qurulması, imkansız ailələrin övladlarının xarici dil bilgilərinin artırılmasının, ixtisaslaşmış xarici dil məktəblərində və siniflərdə dövlət hesabına təhsil almasının təşkili isə artıq müvafiq qurumların işidir.

Mənbə: Oxu.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR