Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Emin Əmrullayev “Son zəng” tədbirlərinin keçirilməsi barədə əmr imzalayıb

Emin Əmrullayev “Son zəng” tədbirlərinin keçirilməsi barədə əmr imzalayıb
Sakura

Emin Əmrullayev “Son zəng” tədbirlərinin keçirilməsi barədə əmr imzalayıb

Elm və təhsil naziri Emin Əmrullayev ümumtəhsil məktəblərində ənənəvi "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı əmr imzalayıb.

Ens.Az xəbər verir ki,bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

"1. “Son zəng” tədbiri 14 iyun 2023-cü il tarixdə hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunsun.

2. “Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin dəvət olunması ümumi təhsil müəssisəsinin rəhbərlərinə tövsiyə edilsin.

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri “Son zəng”in keçirilməsi müddətində şagirdlərin təhlükəsiz¬liyinin təmin olunması istiqamətində zəruri tədbirlər görsünlər.

4. İnformasiya və vətəndaşlara xidmət şöbəsi və İctimaiyyətlə əlaqələr sektoru (Rəşad Xanlarov, Cəsarət Valehov) əmrin Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini və yerlərə çatdırılmasını təmin etsinlər.

5. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunsun", - deyə əmrdə bildirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR