Emin Əmrullayev: 400-dən artıq məktəb qəzalı vəziyyətdədir
İldən-ilə qəzalı məktəblərin sayı azalır. Şagird sayı az olan məktəblərin bəziləri tədrisə yararlı olmadığı halda, biz məktəbləri birləşdirmirik, sadəcə başqa məktəbə daşıyırıq.
Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, 4 il öncə 900-dən artıq qəzalı məktəb var idisə, həmin məktəblər təmir edilib və sözügedən rəqəm yarıya enib: “Bununla belə yenə də 400-dən artıq məktəb qəzalıdır və düşünürəm ki, gələcək illərdə bu sürətlə getsək, problemi aradan qaldıra bilərik.
Üç-beş şagirdi olan məktəblərin iqtisadi yöndən saxlanılması doğru deyil. Bu halda da həmin məktəblər mütəmadi olaraq digər məktəblərlə birləşdirilir. Biz burada müəllimlərin iş yerlərini, sosial faktorları nəzərə alırıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət