Slimfit
  1. ƏDƏBİYYAT

Əmin Abid Gültəkin - Buzlu cəhənnəm

Əmin Abid Gültəkin - Buzlu cəhənnəm
Sakura

Əmin Abid Gültəkin - Buzlu cəhənnəm

Ruslar tərəfmdən Sibiriyaya sürülən azəri qardaşlanma
Sibiriya, ey soyuq və qorxunc dəniz,
Şimalın köksündə uyuma səssiz,
Qalx bir müsafır gəldi, diqqət et:
Sənə hədiyyələr gətirdi - vəhşət...
Elinin buzunu eşqlə ərit,
Çıx, acıyan qəlb ilə qucağını aç, 
hədiyyən: bir dəmət saralmış igit,
Hamsı bitkin, hamsı xəstə, hamsı ac!
Ey siz, ey ölümün qorxunc yolunda 
Dəmir addımlarla yürüyən gənclər!
Siz ey bir taleyin gizli qolunda 
Yürürkən quzeydə çürüyən gənclər.
Uzadımz mənə siz əlinizi,
Təbrik edirəm mən, igidlər sizi!
Baş əymədiniz siz haq yeyənlərə,
Dediniz yaşamaz Azəri haqsız.
Sizi kəsmək üçün enən xencərə 
“Hürriyyət istəriz” deyə yazdmız.
Səlamat yoludur getdiyiniz yol.
Günəşlər doğacaq izlərinizdə.
Yalnız deyilsiniz, yoldaşınız bol,
Bir limanlı millət var yerinizdə 
Düşmən saldırsa da dörd qoldan sizə 
Qorxmayın: “qurtuluş pək muhal” - deyə, 
Biz də gəliyoruz o yoldan sizə,
İstiqlal... istiqlal... istiqlal, deyə!
Düşün ki, hamsını düşmən soldurmuş... 
Hicran qelblərinə bir damğa vurmuş... 
Onlan yollamış bədbəxt bir diyar: 
Qəlblərində kədər, gözlərində nəm,
Onlan incitmə, yetimlər onlar,
Ey soyuqla yaxan buzlu cəhənnəm!
Söylə tapındığın məbudun qtşa:
Qucağında çılpaq uyuyanlar var;
Actsın məhv olan bu yaşayışa 
Dinsin qasırğalar, həp fırtmalar.
Soyuğun altında bir yumaq kimi, 
Gömüldüyü qara,
Ruzigarlann ilıq bir qucaq kimi, açılsın onlara.
Uf... bu boğucuq qaranlıq 
Nerdən endi gözəl yerə?
Tıxandı hər nəfəs artıq 
Sanki boğuluyor kürə...
Bulanlıq bir kökün kirli yaxası 
Yerdə sürünüyor, iştə: tundra...
Sibirya, Sibirya... əvət Sibirya;
Təbietin o bir zalım ÇEKA-sı
Anne!
Yenə nələr düşündün ki, doldu gözlərin? 
Rahatsızmı yoxsa sənin də yerin?
Yoxsa oğlunumu sən xatırladın?
Yox... onu düşünmə, indi övladın 
Buzlu üfuqlərin qucağındadır;
Əmdikcə soyuğu “daha ver” deyir. 
Qəlbindəki alov, bax, nələr deyir.
Sil göz yaşlarını, dur, bəklə onu 
Her donduran qışın bahardır sonu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR