Slimfit
  1. ƏDƏBİYYAT

Əmin Abid Gültəkin - Anama

Əmin Abid Gültəkin - Anama
Sakura

Əmin Abid Gültəkin - Anama

İstanbul məktubu
Bilirsən ki ana uzaqda qaldım,
İllər aramızda oldu bir yığm,
Bir yarpaqdım, düşdüm torpaqda qaldım,
Nərdədir, nərdə o müşfik qucağın?
Dərdlərim çox böyük, ağırdır ana!
Dinləyən yox, hər şey sağırdır ana!
Ban sən mənə bir azacıq acı,
Sən dinlə ruhumu gəmirən dərdi.
Bir cəhənnəm indi içimdə acı 
Qədər əli mənə gör nələr verdi...
Hər şeyə baş əyən deyildim ana!
Sevginin önünde əyildim ana!
Doğduğum zamandan bəri mənim də 
Bir məşuqəm vardı, cananım vardı...
Şimdi bilməm ki, o hankı iqlimdə,
Hanki bir yabançı könülə vardı..
Mən ki eşqlə pək yorğunam ana!
Vurğunam hüsnünə, vurğunam ana!
Ana, sən daha çox yaxınsan ona,
Get bildir ki, hələ əsiridir can.
Bilməyirsən əgər sor da qonşuna,
Sevdiyimin ismi: şən Azərbaycan!
Azərbaycan mənim gözəlim ana!
Azərbaycan mənim əməlim, ana!
Get onun bağrına üzünü sürt də,
Rusun çeynədiyi torpağını öp.
Azəri oğlunun böyük ümidə 
Gömdüyü üç rəngli bayrağmı öp!
Bəlkə də ölərəm qürbətdə ana!
Ruhumsa qalmasın həsrətdə ana!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR