Emil Balayevin maaşı açıqlandı
Qazaxıstan mətbuatı futbol üzrə Azərbaycan millisinin üzvü və “Tobol”un keçmiş qapıçısı Emil Balayevdən yazıb.
“Yeni Sabah” xəbər verir ki, yazıda Avropa klublarının marağında olan futbolçulardan bəhs edilib. Siyahıda E.Balayev də yer alıb və onun maaşı açıqlanıb. Bildirilib ki, 25 yaşlı qolkiperə istədiyi maaşı yalnız Polşa klubları verə bilər:
“Emil Balayev şübhəsiz ki, “Tobol”un əsas oyunçularından biri idi. O, klubda ayına 200 min dollar qazanırdı. Bu da təxminən, 17 min ABŞ dolları edir. Buna görə də, hazırda onun istədiyi pulu yalnız zəngin Polşa klubları verə bilər”.
Qeyd edək ki, E.Balayev yanvarın 31-də Kostonay təmsilçisindən ayrılıb. Kluba erməni baş məşqçi gəldikdən sonra millimizin qapıçısının oradan ayrılacağı ilə bağlı iddialar vardı. Hazırda isə futbolçu klubsuzdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət