Slimfit
  1. İQTİSADİYYAT

Əməyin təhlükəsizliyinin standartlaşdırılması üzrə Texniki Komitə yaradıldı

Əməyin təhlükəsizliyinin standartlaşdırılması üzrə Texniki Komitə yaradıldı
Sakura

Əməyin təhlükəsizliyinin standartlaşdırılması üzrə Texniki Komitə yaradıldı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin təşəbbüsu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birlikdə Əməyin təhlükəsizliyinin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 21) yaradılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Texniki Komitə ilkin, dövlət, regional, dövlətlərarası və beynəlxalq standartların hazırlanması üçün yaradılan birgə məşvərətçi qurumdur. Texniki Komitə əmək və peşə sahəsində müasir tələblərə cavab verən milli standartların işlənib hazırlanması, ekspertizasının aparılması, mövcud olan standartların yenilənməsi və sonrakı istifadəsi ilə bağlı təhlilərin aparılması, eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası təşkilatların işində iştirak etmək məqsədi ilə təsis edilib.

AZSTAND/TK 21-ə Fövqəladə Hallar Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyası və Həmkarlar İttifaqı Konfederasiyası daxildir.

Texniki Komitənin tərkibinə bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanları, elmi təşkilatlar, sahibkarlar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya qurumları da daxil ola bilərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR