Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Əməliyyatdan əvvəl həkimlər pasiyentlərə niyə sənəd imzaladırlar?

Əməliyyatdan əvvəl həkimlər pasiyentlərə niyə sənəd imzaladırlar?
Sakura

Əməliyyatdan əvvəl həkimlər pasiyentlərə niyə sənəd imzaladırlar?

Bəzi əməliyyatlardan öncə həkimlər pasiyentlərə sənəd imzaladırlar ki, həyati təhlükə olsa onlar məsuliyyət daşımırlar.

Xezerxeber.az-ın məlumatına görə, hətta bəzi özəl klinikalarda mədə və MRT müayinəsi zamanı da xəstələrə və ya onların yaxınlarına bu cür sənədə imza atdırılır.

Bəs görəsən bu cür sənədlər hansı hallarda və hansı əməliyyatlarda istifadə olunmalıdır?

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov bildirir ki, belə sənədlər istənilən müalicə və müayinə mərhələlərində imzalana bilər. Bununla bağlı hansısa məhdudiyyət mövcud deyil.

Ancaq Pərviz Əbubəkirov vurğulayır ki, bu sənədlərin heç biri həkimləri məsuliyyətdən azad etmir.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri onu da bildirir ki, bu cür müqavilələrdən həm özəl, həm də dövlət xəstəxanalarında istifadə olunur. Nazirlik rəsmisi vətəndaşların diqqətinə çatdırır ki, istənilən pasiyentin həkimlərin fəaliyyəti ilə bağlı şikayət etmək hüququ var və bu imzalanan razılaşmalar həmin müraciət hüququnu məhdudlaşdıran bir faktor kimi başa düşülməməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR