Slimfit
  1. DÜNYA

Əməliyyat: Türk ordusu 4 mövqedən hərəkətə keçdi

Əməliyyat: Türk ordusu 4 mövqedən hərəkətə keçdi
Sakura

Əməliyyat: Türk ordusu 4 mövqedən hərəkətə keçdi

Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmalarına qarşı "Sülh çeşməsi" (“Barış Pınarı”) əməliyyatı başlamışdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Məqsədimiz cənub sərhədlərimizdə yaradılmağa çalışılan terror koridorunu məhv etmək və bölgəyə sülh, əmin-amanlıq gətirməkdir”, - Ərdoğan bildirib.

Qeyd edək ki, Ərdoğanın açıqlaması ilə paralel olaraq Türkiyə mətbuatı Suriyanın Rasulayn bölgəsinin vurulmasına dair xəbərlər verib.

***

Türkiyə ordusu sərhəddən 30 kilometr içəriyə doğru hərəkət edib və PKK/YPG-nin hədəflərini məhv edib.

***

Türkiyə Silahlı Qüvvələri Tel-Abyaddakı hədəfləri də raketlərlə aramsız olaraq vurmağa başlayıb.

***

YPG/PKK terrorçuları Türkiyə hərbi təyyarələrinin hədəfini məhdudlaşdırmaq üçün təkərləri yandırıb. Ərazini tüstü bürüyüb.

 

***

Türkiyə hərbi təyyarələri Haseke bölgəsindəki Mənsurə bəndinə zərbələr endirir.

Bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

***

“Sülh çeşməsi” hərəkatı çərçivəsində Fəratın şərqinə doğru qurudan əməliyyatlar başlanıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

***

Türkiyə Silahlı Qüvvələrinin təşkil etdiyi əməliyyatın ikinci mərhələsində artıq ordu 4 nöqtədən irəliləyir, 3 mövqedən isə hərbi birlik Suriyanın içərisində doğru hərəkət edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR