Dərc edildi: Baxış sayı: 915
Əməliyyat siqnalı: Türkiyə ordusu hazır gözləyir
Türkiyə Müdafiə Nazirliyi bu il ərzində PKK terror təşkilatına qarşı ümumilikdə 150 əməliyyat keçirildiyini açıqlayıb.
Axar.az xəbər verir ki, nazirlik Türkiyə ordusunun keçirdiyi “Fərat qalxanı”, “Zeytun budağı” və “Sülh çeşməsi” əməliyyatlarından sonra yarım milyondan çox suriyalının öz doğma vətənlərinə qayıtdığını bildirib.
Hərbi mənbələr bu açıqlamanın Liviyaya mesaj olduğunu yazıb:
“Nazirlikdəki səlahiyyətlilər əmr verildiyi təqdirdə ordunun Liviyada əməliyyata başlamağa hazır olduğunu deyiblər”.
Qeyd edək ki, bir qədər əvvəl Liviya Milli Razılıq Hökumətinin Ankaradan rəsmən yardım istədiyi haqqında məlumat yayılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət