Slimfit
  1. KİTABLAR

Əməkdar məşqçilərin «SİRLİ PİYADA» şahmat kitabı satışa çıxarıldı

Əməkdar məşqçilərin «SİRLİ PİYADA» şahmat kitabı satışa çıxarıldı
Sakura

Əməkdar məşqçilərin «SİRLİ PİYADA» şahmat kitabı satışa çıxarıldı

Əməkdar məşqçilər İLHAM ƏLİYEV (Sumqayıt) və ŞAİQ QULİYEV-in (Gəncə) yeni şahmat kitabı - «SİRLİ PİYADA» ( «THE MYSTERİOUS PAWN», «GİZEMLİ PİYON», «ПЕШКА ЗАГАДКА» ). Kitabda debüt tələləri, oyunlar, kombinasiyalar, sonluq və etüdlərdən ibarət 600-dən artıq nümunə toplanıb. 

AZƏRBAYCAN  ŞAHMAT FEDERASİYASI «Sirli piyada» kitabını Uşaq Gənclər İdman Şahmat Məktəblərinə dərs vəsaiti kimi tövsiyə edib. 

Kitaba ön sözü Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının elmi katibi, riyaziyyat üzrə elmlər doktoru, Professor,  əməkdar müəllim, şahmat üzrə əməkdar məşqçi, Beynəlxalq hakim,  Əməkdar bədən tərbiyəsi və idman xadimi BƏXTİYAR RÜSTƏMOV yazıb. 

Kitab 5 bölmədən ibarətdir. 

1-ci bölmə: «QREKO-dan KARLSEN-ə kimi». Bu bölmədə maraqlı formada piyadanın sirli dünyası göstərilib və şahmatçıların tipik səhvlərinə geniş yer ayrılıb.

2-ci bölmə: «DEBÜT TƏLƏLƏRİ». Bu bölmədə çoxsaylı nümunələrlə müxtəlif piyada vuruşlarının oyunun əvvəlində  faciəyə səbəb olmasının şahidi olacaqsınız.

3-4-5-ci bölmələr: 3-cü bölmə - KOMBİNASİYA, 4-cü bölmə - SONLUQ, 5-ci bölmə- ETÜDLƏR.

Bu bölmələr müstəqil həll üçün təklif olunub. Burada «Zəhərli piyada» mövzusuna aid 500-ə yaxın tapşırıqları həll edib, hesablama texnikanızı və məntiqi düşüncənizi inkişaf etdirə bilərsiniz.

Kitab 200 səhifədən ibarətdir və ölçüsü 165x240-dır. Kitabda piyadaya aid çoxsaylı kəlamlarla da tanış ola bilərsiniz. Kitabın məşqçi-müəllimlər üçün əla dərs vəsaiti olacağını əminliklə söyləyə bilərik. 

Kitabın qiyməti 12 manatdır. Topdan satış üçün məşqçi-müəllimlər müraciət edə bilər. Daha ətraflı buradan məlumat ala bilərsiniz: https://www.facebook.com/ilhamaliev1967

Əlaqə üçün telefonlar:

İlham Əliyev (Sumqayıt)  (050) 515 40 99 whatsapp,

Şaiq Quliyev (Gəncə) (055) 327 07 17  whatsapp.

Qeyd edək ki, kitabı hazırda Gəncədə keçirilən kitab sərgisində də əldə etmək mümkündür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR