Dərc edildi: Baxış sayı: 287
Əməkdar incəsənət xadimi gənc rejissorları tənqid edib: "Bəsdirin, millətin çirkli paltarında qurdalandınız"
"Gənc nəslə müraciət edirəm ki, bəsdirin, millətin çirkli paltarında qurdalandınız. Əgər gücünüz varsa, başqa mədəniyyəti qəbul edib sözünüzü deyin".
“Report” xəbər verir ki, bu fikirləri Əməkdar incəsənət xadimi, kinorejissor Yavər Rzayev “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda "Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri" adlı II paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bugünkü nəsil Qərbə yönəlib: "Batan insanlarla bataqlığa gedirik. Gərək öz sözümüzü deyə bilək. Rejissorun məqsədi öz dilini tapmaqdır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət