Slimfit
  1. AZƏRBAYCAN

Əməkdar artist övladlığa uşaq götürdü

Əməkdar artist övladlığa uşaq götürdü
Sakura

Əməkdar artist övladlığa uşaq götürdü

Əməkdar artist Nigar Şabanova övladlığa uşaq götürüb. Xanəndə bu barədə Space TV-də yayımlanan “Həmin vaxt” adlı verilişdə danışıb.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Nigar Şabanova ilə əlaqə yaradıb. Əməkdar artist bildirib ki, dörd aydır o, qız uşağını övladlığa götürüb:

“Mənim üçün çox məsuliyyətli və cəsarətli bir addım oldu. Uşaq anadan olan kimi, onu övladlığa götürdüm. Artıq dörd ay tamam olub. Əslində bu xəbəri heç kimlə bölüşmək istəmirdim. Sadəcə qatıldığım verilişdə etiraf etməyimi istədilər. Mən də içimdən gəldiyi üçün hər şeyi danışdım. Düşünürəm ki, bundan gözəl etiraf olmazdı. Övladlığa uşaq götürmək şəxsən mənim üçün çox çətin bir qərar idi. Bir ildir ki, bu addımı atmağı düşünüb, götür-qoy edirdim”.

Nigar Şabanova ailə qurmasa da uşaq eşqi ilə alışıb yandığını dilə gətirib:  

“Subayam. Gələcəkdə ailə quracağam. Amma çox istəyirdim ki, indi qucağıma bir övlad alım. Böyüsün və məni tezliklə “mama” deyə çağırsın. Mən qız övladlarını çox sevirəm. Bilmirəm, ailə qurandan sonra qızım olacaq ya yox, amma istədim ki indi bir qız uşağım olsun və onu böyüdüm. Heç olmasa qırx yaşım olanda onun da on yaşı olsun”.

Xanəndə redaksiyamızın əməkdaşı ilə söhbətində, övladlığa götürdüyü uşağın valideynlərinin  ondan imtina etdiklərini bildirib:

“Uşağın valideynləri ondan imtina ediblər. Onlarla anlaşmam oldu ki, nə zaman istəsələr, uşaqlarını gəlib görə bilərlər. Burada qadağadan söhbət gedə bilməz. Mən ananı baladan ayıra bilmərəm. İstəməsələr də, onları məcbur edə bilmərəm. İnanın ki, uşağa olan hislərimi dilə gətirə bilmirəm. Qucağımda oynadıram, mənə baxır, gülməyə başlayır. Qucağımdan yerə qoyan kimi ağlayır. Analıq necə də kövrək hisslərdən ibarətdir. Tamam fərqli hisslər yaşayıram. İndi onun ilk addımlarını gözləyirəm. Çox sevinirəm ki, ailəm mənim yanımda oldu və mənim bu addımımı dəstəklədilər. Valideynlərim də uşağı öz nəvələri kimi qəbul ediblər və onu çox sevirlər. İnanıram ki, gələcəkdə ailə həyatı qurandan sonra övladlığa götürdüyüm uşaqla bağlı heç bir problem yaşamayacağam”. 

Əməkdar artist, hələ də qəlbini ovsunlayacaq namizədin olmadığını dilə gətirib:

“Əgər bir insanda uşağa qarşı məhəbbət, sevgi yoxdursa, bu cür şəxslə ailə həyatı qurmağa belə dəyməz. Çünki uşaq günahsız bir varlıqdır. Hələlik ailə qurmaq istədiyim namizəd yoxdur. İndi görək də, bundan sonrakı namizədlərim məni uşaqla qəbul edəcəklər, ya yox (gülür). Əsas odur ki, uşaqla birgə qəbul etsinlər. Çünki məni sevən, mütləq onu da sevməlidir”.

Qeyd edək ki, Əməkdar artist Nigar Şabanova övladlığa götürdüyü qız övladına Nəfsə adını verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR