Slimfit
  1. CƏMİYYƏT

Əmək müqavilələrinin sayı artıb - RƏSMİ

Əmək müqavilələrinin sayı artıb - RƏSMİ
Sakura

Əmək müqavilələrinin sayı artıb - RƏSMİ

“Vergi sahəsində aparılan islahatlar nəticəsində “kölgə iqtisadiyyatı”nın həcmi azalmaqdadır. 2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7.672,6 milyon manata çatıb. Son 2 ildə dövlət büdcəsinə olan artıq ödəmələr 721,4 milyon manat həcmində azaldılıb”.

Modern.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, ötən il qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 109,1 faiz yerinə yetirilib ki, bu da indiyədək əldə edilmiş ən yüksək göstəricidir:

“Qeyri-neft sektorundan vergi daxilolmaları 458,3 milyon manat və ya 9,1 faiz artaraq 5.432,3 milyon manata çatıb. Bu sektordan daxilolmaların həcminin cəmi vergi daxilolmalarında xüsusi çəkisi 70,8 faiz təşkil edir. Qeyri-neft sektorundan daxilolmalar ƏDV üzrə 16,4 faiz, aksiz vergisi üzrə 4,7 dəfə, mənfəət vergisi üzrə isə 12,6 faiz artıb”.

M.Cabbarovun sözlərinə görə, regionlar üzrə daxilolmalar 11,9 faiz artaraq 795,4 mln. manat olub:

“Şəhər və rayonlar üzrə dövlət büdcəsinə müvafiq vergilərdən büdcə ilinin sonuna artıq daxil olan vəsaitin 50 faizinin regionların sərəncamına verilməsi onların dotasiyalardan asılılığının azalmasına və yerlərdə vergitutma bazasının genişləndirilməsinə güclü fiskal stimul yaradır. Bu dinamika fiziki şəxslərin gəlir vergisi üzrə güzəştlərin verilməsi şəraitində formalaşıb.

Əmək bazarının leqallaşdırılması məqsədilə ötən il qeyri-neft özəl sektorda çalışan işçilərin 8000 manatadək olan əmək haqları gəlir vergisindən azad olunub. Nəticədə 300 milyon manatdan çox vəsait işləyənlərin sərəncamında qalıb. Bu islahatın səmərəsi əmək müqavilələrinin dinamikasında aydın müşahidə olunub. 2019-cu ildə qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 99 minə yaxın (18,3 faiz) artıb. Qeyd olunan islahat sayəsində, həmçinin əmək haqlarının artırılması nəticəsində əməkhaqqı fondunun artması müşahidə edilib".

 

Nazir qeyd edib ki, əmək münasibətləri sahəsində həyata keçirilən islahatlar məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmalara müsbət təsir edib. "2019-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 26 faiz, işsizlikdən sığorta üzrə daxilolmalar isə 39,1 faiz artıb. Daxilolmaların artımı pensiya sisteminin maliyyə dayanıqlığını gücləndirib və büdcədən transfertin DSMF-nin gəlirlərində payının 2017-cı ildəki 38,1 faizdən 2020-ci ildə 29,6 faizə enməsi gözlənilir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR