Slimfit
  1. AZƏRBAYCAN

Əmək hüquqları və qeyri-formal məşğulluğun mənfi nəticələri barədə işəgötürənlərə məlumatlar verilib

Əmək hüquqları və qeyri-formal məşğulluğun mənfi nəticələri barədə işəgötürənlərə məlumatlar verilib
Sakura

Əmək hüquqları və qeyri-formal məşğulluğun mənfi nəticələri barədə işəgötürənlərə məlumatlar verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin tətbiqi ilə bağlı işəgötürənlər arasında məlumatlandırma və təbliğat məqsədilə İmişli, Bərdə və Zaqatala rayonlarında seminarlar keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, İmişli rayonunda “İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları”, Bərdə rayonunda “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar” və Zaqatala rayonunda “Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzularında işəgötürənlərə məlumatlar verilib. Ümumilikdə 12 rayonun (İmişli, Sabirabad, Saatlı, Beyləqan, Fizuli, Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Zaqatala, Qax, Balakən) ayrı-ayrı işəgötürənlərinin iştirakı ilə keçirilən tədbirlərdə iştirakçıların müvafiq mövzularda sualları cavablandırılıb.

 

Tədbirlərdə həmçinin “Xidmət iqtisadi fəaliyyət sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusundan geniş bəhs olunub. Əmək münasibətlərinin rəsmiləşdirilməməsi kimi ciddi qanun pozuntularına bir sıra hallarda xidmət iqtisadi fəaliyyət sahəsində də rast gəlindiyi qeyd olunub.

Qeyri-formal məşğulluğun mənfi nəticələri və əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulmasının mühüm sosial-iqtisadi faydaları diqqətə çatdırılıb. İşəgötürənlərin bu məsələyə diqqəti artırmalarının, qeyri-formal məşğulluğun qarşısının alınmasında fəal iştirak etmələrinin vacibliyi vurğulanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR