Slimfit
  1. İQTİSADİYYAT

Əmanətlərin tam sığortalanması müddəti 5 aprel tarixinə qədər uzadılır, limit isə...

Əmanətlərin tam sığortalanması müddəti 5 aprel tarixinə qədər uzadılır, limit isə...
Sakura

Əmanətlərin tam sığortalanması müddəti 5 aprel tarixinə qədər uzadılır, limit isə...

Azərbaycanda 2016-cı ildə qəbul edilmiş və bu ilin dekabr ayının 4-də qüvvədən düşmüş “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə qalma müddəti 5 aprel 2021-ci ilə qədər uzadılacaq.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bununla bağlı qanun layihəsi artıq Milli Məclisə təqdim olunub.

Bildirilib ki, bundan başqa “Əmanətlərin sığortalanması haqqında” qanuna təklif edilmiş yeni düzəlişə əsasən 5 aprel 2021-ci il tarixindən sonra sığortalanan limit artıq 100 min manat həcmində olacaq. Hazırda, qüvvədə olan qanuna əsasən bu limit 30 min manatdır. Eyni zamanda, daha əvvəl açıq qalan məsələ hesab edilən, fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar bank hesablarında 20 min manata qədər olan hissəsi kompensasiya olunacaq. İndiki mövcud qanunvericiliyə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesabları qorunmayan əmanət hesab olunur.

Qeyd edək ki, “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 4 il doqquz ay müddətinə qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR