Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Emalın ağardılması dişlərə zərərdir

Emalın ağardılması dişlərə zərərdir
Sakura

Emalın ağardılması dişlərə zərərdir

Dişlərin ağardılması  onların sağlamlığına zərərlidir. Çünki hidrogen peroksid nəinki  emalı təmizləyir, həmçinin dişlərin dərin toxumasına  daxil olur  və zülal molekullarına zərər vurur. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə bioloqlar ABŞ-ın Orlando   şəhərində keçirilən Experimental Biology konfransında bildiriblər.

Onların sözlərinə görə, bu zülalın bərpa olub-olmadığı hələ bəlli deyil.

İnsanın və digər məməli canlıların dişləri «ölü» emaldan və «canlı» dentin, sellioz və sinir  toxumasından ibarətdir. Emal öz növbəsində sərt hidroksiapatitdən və onları birləşdirən müxtəlif  amorf minerallar qarışığından ibarət «kley»dən ibarətdir.

Dişlərin səthində turşu ifraz edən karioz mikroblar olarsa, yaxud emalın mexaniki zədələnməsi baş verərsə «sement» getdikcə yeyilir. Nəticədə yaranan mikroçatlarda yeni bakteriya kaloniyası yaradır ki, bu da dişlərin məhvi prosesini sürətləndirir və karioz boşluğun yaranmasına gətirir. 

Keçmişdə hesab olunurdu ki, dişlərin hidrogen peroksidlə işlənməsi emala çox az təsir göstərir və dişin canlı hissəsinə daxil olmur, lakin bunun yanında diş daşını və səthdəki digər «zibilləri» təmizləyir. Stomotoloqlar hesab edirdilər ki, uyğun qulluqda problemin  inkişafının qarşısını almaq mümkündür.

Bioloqlar bu iddianı yoxlamaq üçün sınaq keçiriblər. Onlar stomotoloqlardan bir neçə çəkilmiş diş götürərək, onların ağız suyunun süni analoqu olan qaba salıblar. Nümunəyə amerikalı həkimlərin dişləri ağartmaq üçün istifadə etdiyi miqdarda  hidrogen peroksid əlavə edirlər.

Məlum olub ki, dişin  dərin qatlarında  zülalın miqdarı xeyli miqdarda azalıb. Bundan başqa həmin maddə ilk 10 dəqiqədə proteini məhv edib.

Araşdırmaçıların sözlərinə görə, bu, dişlərini ağardan insanların sonradan ağız boşluğunda yaranan problemlərin səbəbini izah edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR