Slimfit
  1. MƏDƏNİYYƏT

“Əlvida, Smidt” adlı yeni filmin çəkilişlərinə başlanılır

“Əlvida, Smidt” adlı yeni filmin çəkilişlərinə başlanılır
Sakura

“Əlvida, Smidt” adlı yeni filmin çəkilişlərinə başlanılır

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdində fəaliyyət göstərən “Mozalan” studiyasında Mədəniyyət Nazirliyinin sifarişi ilə yeni bədii filmin çəkilişlərinə start verilib.

AZƏRTAC xəbər verir ki, “Əlvida, Smidt” adlanan film Azərbaycanda almanların məskunlaşmasının 200 illiyinə həsr edilib. Ekran əsərində Azərbaycanda dünyaya gələn alman Emil Smidtin başına gələn hadisələrdən bəhs olunacaq. O öz sevgi və xoşbəxtliyini burada tapır.

Tragikomediya janrında çəkiləcək ekran əsərində hadisələr Göygöl (keçmiş Helenendorf) ərazisində cərəyan edir. Film dostluq, vətənə sevgi, multikultural və turizm mövzularını özündə əks etdirəcək.

Filmin çəkilişləri bu günlərdə başlanacaq. Xalq artisti Rasim Balayevin 70 illiyi münasibətilə ilk çəkiliş günündə, avqustun 7-də aktyorun da filmdə çəkilişi nəzərdə tutulub. Filmin premyerası 2019-cu ildə olacaq. Qeyd edək ki, həmin il alman icmasının Azərbaycanda məskunlaşmasının 200 ili tamam olacaq.

Filmin quruluşçu rejissoru Əli-Səttar Quliyevdir. Ekran əsərinin quruluşçu operatoru Nadir Mehdiyev, ikinci rejissoru Akif Rüstəmov, ssenari müəllifi Rüstəm Babazadə, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayevdir. Əsas obrazları Əməkdar artist Rasim Cəfər, aktyorlar Azər Aydəmir və Gürcüstanın A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrından dəvət olunmuş aktrisa Məryəm Kitiya ifa edəcək. Filmdə həmçinin Xalq artisti Şamil Süleymanlı, Əməkdar artistlər Zemfira Sadıqova və Qurban İsmayılov rol alıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR