Slimfit
  1. BİOQRAFİYA

Elşən İsmayıl

Elşən İsmayıl
Sakura

Elşən İsmayıl - Yazar, Ssenarist, Aktyor, Rejissor və Müəllim

Elşən İsmayıl 1991-ci il Yanvarın 9-u Azərbaycan Respublikası Şirvan şəhərində anadan olmuşdur. 1997-ci ildə Şirvan şəhəri (o vaxt Əli Bayramlı) E.B.İmanov adına 10 saylı orta məktəbə daxil olmuş, 2008-ci ildə oranı bitirmişdir. 2009-cu ilin aprelində həqiqi hərbi xidmətə çağırılmış, Naxçıvan MR. Naxçıvan şəhərində 18 ay xidmətini başa vurduqdan sonra 2010-cu il oktyabr ayında ehtiyata buraxılmışdır.

Məktəbdə oxuduğu illərdə və orduda xidmət etdiyi vaxt, ictimai tədbirlərdə iştirak etmiş, özəlliklə milli bayramlar və dövlət əhəmiyyətli günlərdə keçirilən tədbirlərdə fəallıq göstərmişdir. 9-cu sinifdən məktəbi bitirənə qədər məktəb təşkilatında fəaliyyət göstərmiş və Şirvan şəhər Mədəniyyət və Turizm şöbəsinin Xalq Teatrı kollektivində aktyor və rejissor köməkçisi olmuşdur.

2012-ci ildə Bakı Kompüter Kollecinə daxil olmuş, 3 il ərzində “İnformatika Müəllimliyi” fakültəsində təhsil alaraq 2015-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir.

Kollecdə təhsil aldığı müddətdə Kollecin Tələbə Gənclər Təşkilatında və ATGTİ (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı)-də (üzv olaraq) fəaliyyət göstərmişdir. Fəaliyyəti zamanı Təşkilat nəzdində “Vətənpərvərlər Klubunu” təsis etmiş, Kollec daxilində vətənpərvərliyi təbliğ edən 5 tamaşa-səhnəcik – “Bayraq Müqəddəsdir” (Bütöv Azərbaycan) , “Kitabi-İrfani-Həyat”, “Vətən eşqi (X. Nətavan)”, “Ağa Məhəmməd Şah Qacar” və “Xilaskar” (əsərlərin ssenari müəllifi və səhnələrin rejissoru özü olmuşdur) hazırlamış, 2 milli mövzuda hazırlanan müsabiqədə iştirak etmişdir.

2012-ci ilin noyabrından 2015-ci ilin mayına qədər Bakı Şəhər Bədii Yaradıcılıq Mərkəzində aktyor, aparıcı, ssenarist kimi fəaliyyət göstərmişdir. Mərkəzin bir sıra tədbirlərində və hazırlanan tamaşalarda xüsusi fəallıqla fərqlənərək qısa zamanda yaxın çevrəsi tərəfindən böyük marağa səbəb olmuşdur.

Tələbə Gənclər Təşkilatında öncə (birinci kursda) Mədəniyyət və Turizm departamentində “sədr müavini”, sonra 2 il (Kolleci bitirənə qədər) “sədr” vəzifəsində çalışan Elşən İsmayıl, öz xüsusi bacarığı və dərin istedadıyla kollec rəhbərliyini heyran qoymuşdur. Kollec təhsilinin son aylarında bir müddət keçici olaraq “Təşkilatın sədr müavini” olmuş, keçirilən “Təşkilat sədri” seçkilərində iştirak etmişdir.

2013-cü ildən “Milliyətçi Gənclər Təşkilatı”-na üzv olmuş, bir il orada fəaliyyət göstərmişdir. Fəaliyyəti zamanı milli mövzuda 2 tamaşa hazırlamış, milli-mədəni tədbirlərdə fəal iştirak etmişdir.

Təşkilat nəzdində “Mədəniyyət və Turizm departamentinin sədri” vəzifəsində çalışmışdır.

2014-cü ildən “Bütöv Azərbaycan Ocaqları”-nın üzvüdür.

Zaman-zaman təşkilatda “Gənclər Təşkilatı sədr müavini, Mədəniyyət Şöbəsinin rəhbəri, media sorumlusu” və digər vəzifələri tutmuşdur.

Qurum üzvü olan zamandan milli təbliğatın mədəni üsulla inkişafına önəm vermiş, milli dirçəliş, vətənimizin bütövlüyü (Bütöv Azərbaycan) və milliyyətçilik (Türkçülük-Turançılıq) mövzusunu əhatə edən 3 bədii film (“BOZQURDUN İNTİQAMI” VƏ “DİRİLİŞ ERGENEKON”, “VƏTƏN BAYRAQDIR, BAYRAQ NAMUSDUR!”) çəkərək vətənə olan dərin hissini yaxınlarına, xüsusilə gənclərə aşılamışdır. Hal-hazırda eyni mövzuda növbəti filmlərini çəkməyə hazırlaşır.

Ayrıca təşkilatın hazırladığı bir sıra milli-mədəni tədbirlərdə iştirak etmiş, milli aksiyalarda fəallıq göstərmişdir...

*** *** ***

2003-cü ildən bəri müxtəlif mövzularda (əsasən milli) şeirlər, hekayələr, pyeslər, dram əsərləri yazır. Şeirləri bəzi qəzet və jurnallarda, hekayələri və müasir dünya, milli ideologiya haqqındakı məqalələri, insan psixologiyasından və hislərindən bəhs edən esseləri, eləcə də müxtəlif mövzularda mətbuata verdiyi müsahibələri bir çox tanınmış veb saytlarda dərc olunmuşdur və hal-hazırda da davam edir.

Bundan əlavə gənc yazar milli mövzuda iki roman (biri tarixi) üzərində işləməkdədir.

*** *** ***

Elşən İsmayıl eyni zamanda müstəqil ssenarist, rejissor və aktyor kimi film və serial sahəsində fəaliyyət göstərməkdədir. Tv-də yayımlanan bir serialda aktyor, digərində ssenari müəllifi olmuşdur. Hazırda milli və dünyəvi mövzuda bir neçə layihənin hazırlığını görməkdədir...

Yazarın eyni zamanda müstəqil rejissor kimi fəaliyyətinə əsaslanan müstəqil teatr kollektivi və gənc istedadlardan ibarət incəsənət komandası var. Qrup tez-tez milli-mənəvi mövzulu, sosial və ibrətamiz səhnəciklər, tamaşalar hazırlayır...

*** *** ***

2018-2019-cu dərs ilidə Yardımlı rayonunda "İnformatika müəllimi" işləmiş, il ərzində təhsil fəaliyyətilə yanaşı kino fəaliyyətini də davam etdirmiş və "TARİX DƏRSİ", "MÜBARİZLƏR", "TUĞ", "MÜBARİZLƏR 2", "ANA LAYLASI" milli-ideoloji bədii filmlərini çəkmişdir.

 Hal hazırda Lerik rayonunda müəllimlik fəaliyyətini davam etdirərkən 2020-ci il Yanvar ayında "TARİX DƏRSİ 2" filmini çəkmiş, yeni bir milli film üzərində işləməkdədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR