Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Elşad Məmmədov Ramiz oğlu

Elşad Məmmədov Ramiz oğlu
Sakura

DOĞUM TARİXİ: 14/02/1975 VƏFAT TARİXİ: 17/03/1995

14 fevral 1975-ci ildə  Xanlar rayonunun Haçaqaya kəndində dünyaya göz açmışdır. 1990-cı ildə kənd natamam orta məktəbini bitirdikdən sonra, 99 saylı Xanlar rayon texniki-peşə məktəbində təhsilini davam etdirmişdir.

1993-cü ilin avqust ayında Xanlar rayon Hərbi Komissarlığı tərəfındən Milli Orduya çağırılaraq, 6 ay hərbi təlim keçir. Sonra isə Qarabağa - döyüş bölgələrinə yollanır. İlk döyüşü Tərtər bölgəsindən başlayır. Ağdərə ərazisinin düşməndən təmizlənməsi uğrunda gedən qanlı döyüşlərdə rəşadətlə vuruşur. E.Məmmədovun son döyüşü isə 1995-i ilin mart ayında olur. Bakının  8-ci  kilometr qəsəbəsində cəmləşən  keçmiş  Xüsusi Təyinatlı Polis Dəstəsinə silahı təhvil verib, təslim olmaq əmri verilmişdi. Lakin bu əmrə tabe olmayan dəstə atəş açaraq qan tökdü. Həmin gün Elşad Məmmədov da Vətən qarşısında öz şərəfli borcunu yerinə yetirirdi. 17  mart  1995-ci ildə dövlət çevirilişi cəhdinin qarşısının alınmasında rəşadət göstərən Elşad qardaş gülləsinə tuş gəldi...

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Elşad Ramiz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Xanlar rayonunun Qırıqlı kəndində dəfn edilmişdir.

Haçaqaya kənd natamam orta məktəbi onun adını daşıyır. Daşkəsən yolu üstündə büstü qoyulmuşdur.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR